Tarix:27/07/13
"ICANN" milli və ya kommersiya maraqlarını qorumaq, beynəlxalq hüquqa, yoxsa Hökumət Tövsiyə Komitəsinin (GAC) tövsiyələrinə uyğun qərar vermək seçimi qarşısında qalıb.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, ekspertlər "ICANN"-a "Amazon" şirkətinin "*.amazon" domenini əldə etməsi ilə bağlı təqdim etdiyi sorğuya GAC-ın verdiyi tövsiyələrin beynəlxalq hüquq normalarına zidd olduğu haqda xəbərdarlıq ediblər.
Qeyd edək ki, "elektron ticarət"in lideri sayılan "Amazon" şirkəti eyniadlı yuxarı səviyyəli domenə iddia edir. Latın Amerikasının bir sıra ölkələri (Braziliya, Çili, Peru və Uruqvay) "ICANN"-a "*.amazon" domeninin qeydiyyatı ilə bağlı sorğunu qəbul etməmək xahişi ilə məktub göndərib. «Amazon – bizim bəzi ölkələrimizin vacib ərazilərini əks edən coğrafi addır və burada bu adla bağlı xüsusi mədəniyyətə və identikliyə malik olan cəmiyyətlər yaşayır», -deyə məktubda qeyd edilib. Nəticədə (GAC) "*.amazon" domeninə sorğunu rədd etməyi tövsiyə edib.
Lakin "ICANN" GAC-ın tövsiyələrinə riayət etməyə də bilər. Bunun üçün artıq zəmin də var. Belə ki, dünya ictimaiyyəti GAC-ın tövsiyəsinin beynəlxalq hüquq normalarına zidd olduğunu bildirirlər və bu cür qərarın qəbulu nəticəsində çoxtərəfli prosesin modeli sual altına qoyula bilər.
Ekspertlər qeyd edirlər ki, beynəlxalq hüquq normaları coğrafi adlara olan prioritet və ya eksklüziv hüququ dövlətə bağlamır.
"Amazon" şirkəti isə ticarət markasını bütün etirazçı ölkələrdə qeydiyyatdan keçirib.
Xatırladaq ki, bundan öncə eyni ölkələrin etirazı nəticəsində "Patagonia Inc." şirkəti bu yaxınlarda domenlə bağlı sorğusunu geri götürüb və şirkətin rəhbərliyi konfliktlərin həlli üçün üçüncü tərəf kimi yaradılan "İCANN"-ın passivliyini qeyd edib.
"Milli və kommersiya maraqlarının münaqişəsi həmişə təzadlar yaradır. Bu məsələ ilə bağlı "ICANN"-ın qərarı bir çox sorğuların taleyini müəyyən edə bilər və bir sıra yeni domenlərin buraxılış sürətinə təsir edə bilər", - deyə ekspertlər qeyd edirlər.
Aynur Vəliyeva
“ICANN” seçim qarşısında qalıb

Baxış sayı: 1317
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib