12px13px15px17px
Tarix:27/07/13

Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyində yeni qanun layihələri hazırlanıb


 
Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyində (RİTN) “İnformasiya cəmiyyətinin inkişafı üzrə Milli  Strategiya”nın layihəsi ilə yanaşı, iki qanun layihəsi də hazırlanıb. Bunlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihələridir.
 
 Eyni zamanda RİTN mütəxəssisləri tərəfindən “Azərbaycan Respublikasında ölkə kodlu yüksəksəviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın layihəsi də hazırlanıb. Qaydalarda domen adlarının onlayn əldə  edilməsi sisteminin tətbiqi nəzərdə tutulub. Domen adlarının onlayn  qeydiyyatı sisteminin sentyabr ayında  “az.” domeninin 20 illiyi ərəfəsində  istifadəyə verilməsi planlaşdırılır.
 
Qeyd edək ki, sözügedən tədbirlər “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı RİTN üzrə təsdiq olunmuş Tədbirlər Planı”na əsasən normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi bölməsi üzrə müvafiq bəndlərin icrası məqsədi ilə hazırlanıb.
 
Həqiqət İSABALAYEVA
 
 



Baxış sayı: 763

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024