12px13px15px17px
Tarix:29/07/13

Amerikalı məktəblilərə “iPad” planşeti “hədiyyə” ediləcək


 
"Apple" şirkəti gələn ilin sonunadək Los-Anceles şəhərindəki amerikalı məktəblilərə ümumilikdə təxminən 640 min ədəd "iPad" planşeti hədiyyə etməyi planlaşdırır. Bu halda planşetlərə öncədən müxtəlif maarifləndirici tətbiqlər quraşdırılacaq. Lakin sözügedən halda "alma" şirkətinin "xeyriyyəçilik" tədbirindən danışmaq əbəsdir, çünki "Apple" şirkəti ilə Los-Ancelesin orta təhsil idarəsi arasında bağlanmış sazişin şərtlərinə əsasən, Amerika şirkəti  yüz milyonlarla dollar əldə edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "məktəbli" planşetlərinin tədarükünə artıq bu payız başlanacaq. 31 min qurğudan ibarət olacaq birinci partiya Los-Anceles şəhərinin 47 məktəbinə paylanacaq və "Apple" şirkətinə 30 milyon dollar ödəniləcək.

Emil Hüseynov
 



Baxış sayı: 978

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024