12px13px15px17px
Tarix:29/07/13

“SAZZ” qərb bölgəsində xidmət keyfiyyətini yüksəldir


"SAZZ" genişzolaqlı simsiz limitsiz internet xidməti ölkənin qərb bölgəsində xidmət keyfiyyətini bir qədər artırıb. Simsiz şəbəkənin keyfiyyətli yayımı bu xidmətə müraciət edənlərin sayına təsir edib. Gəncədə şirkətin iki satış nöqtəsi xidmət göstərir. Gələcəkdə bölgə üzrə əhatə dairəsi genişləndikcə, satış məntəqələrinin sayı artırılacaq. Gəncədə Yeni Gəncə, Ə.Mehmandarov küçəsi və Cavadxan küçəsi 71 ünvanında yerləşən satış nöqtələrində abunəçilərə xüsusi təlim keçmiş operatorlar və texniki dəstək heyəti xidmət göstərir.

"ICTnews" elektron xəbər xidmətinin "SAZZ 4G İnternet" şirkətinə istinadən verdiyi məlumata görə, şirkət növbəti mərhələdə Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran, Masallı və digər iri regional mərkəzlərdə fəaliyyətə başlamağı planlaşdırır.

Azərbaycanda "Mobile WiMAX 4G" texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz internet xidməti olan "SAZZ 4G İnternet" istifadəçilərə saniyədə 10 Mb-dək qoşulma sürəti olan xidmət təqdim edir. Yaxın iki ay ərzində "SAZZ İnternet"in əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olunması planlaşdırılıb.

RƏVAN
 



Baxış sayı: 840

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024