Tarix:30/07/13
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung” şirkəti ikinci rübdə 72 milyon smartfon tədarük edərək sözügedən seqmentdə öz liderliyini daha da möhkəmləndirib. Bununla birlikdə Cənubi Koreya şirkəti “Galaxy S4” daxil olmaqla yüksək səviyyəli smartfonların satış tempinin azalmasını qeydə alıb: əsasən orta və aşağı qiymət səviyyəli modellər rüblük irəliləməni təmin ediblər.
“Apple” şirkətinin də vəziyyəti də bu cürdür. Amerika şirkətinin ötən illə müqayisədə öz smartfonlarının tədarük həcmini 20% artırmasına baxmayaraq, şirkətin gəliri azalıb. Nəticədə “Apple”-ın aprel-iyun ayları ərzində bazar payı 14% olub. Xatırladaq ki, ötən rüb bu göstərici 18% təşkil edib.
“Juniper” şirkətinin ekspertləri hesab edirlər ki, rəqabət üstünlüyünü qoruyub saxlamaq üçün “Apple” innovasiya sahəsində lider imicini təsdiq etməli və inqilabi məhsul təqdim etməlidir. Yalnız bu halda şirkət bundan sonra da sözügedən seqmentdə oyun qaydalarını təyin edə bilər.
Analitiklər başqa şirkətlər arasında “LG”-ni xüsusi ayırıblar: Cənubi Koreya şirkəti ikinci rübdə 12 milyon smartfon (2012-ci ilin ikinci rübü ilə müqayisədə +114%) tədarük edib ki, bu da şirkətin tarixində ən yüksək göstərici olub.
Finlandiyanın “Nokia” şirkəti ikinci rübdə 7.4 milyon “Lumia” smartfonu və 4.3 milyon “Asha” xəttinə məxsus aparat tədarük edib. “BlackBerry” şirkəti haqqında danışan ekspertlər təxmin ediblər ki, bu ilin ikinci rübündə kanada şirkəti təxminən 6,9 milyon smartfon tədarük edib ki, onların da təxminən 2,8 milyonu “BlackBerry 10” əməliyyat sistemi ilə işləyir.
Emil Hüseynov
Smartfonların tədarük həcmi təxminən 50% artıb
“Juniper Research” analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2013-cü ilin ikinci rübündə qlobal bazara ümumilikdə 230 milyon smartfon tədarük edilib ki, bu da ötən ilin göstəricisini 50% ötür.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung” şirkəti ikinci rübdə 72 milyon smartfon tədarük edərək sözügedən seqmentdə öz liderliyini daha da möhkəmləndirib. Bununla birlikdə Cənubi Koreya şirkəti “Galaxy S4” daxil olmaqla yüksək səviyyəli smartfonların satış tempinin azalmasını qeydə alıb: əsasən orta və aşağı qiymət səviyyəli modellər rüblük irəliləməni təmin ediblər.
“Apple” şirkətinin də vəziyyəti də bu cürdür. Amerika şirkətinin ötən illə müqayisədə öz smartfonlarının tədarük həcmini 20% artırmasına baxmayaraq, şirkətin gəliri azalıb. Nəticədə “Apple”-ın aprel-iyun ayları ərzində bazar payı 14% olub. Xatırladaq ki, ötən rüb bu göstərici 18% təşkil edib.
“Juniper” şirkətinin ekspertləri hesab edirlər ki, rəqabət üstünlüyünü qoruyub saxlamaq üçün “Apple” innovasiya sahəsində lider imicini təsdiq etməli və inqilabi məhsul təqdim etməlidir. Yalnız bu halda şirkət bundan sonra da sözügedən seqmentdə oyun qaydalarını təyin edə bilər.
Analitiklər başqa şirkətlər arasında “LG”-ni xüsusi ayırıblar: Cənubi Koreya şirkəti ikinci rübdə 12 milyon smartfon (2012-ci ilin ikinci rübü ilə müqayisədə +114%) tədarük edib ki, bu da şirkətin tarixində ən yüksək göstərici olub.
Finlandiyanın “Nokia” şirkəti ikinci rübdə 7.4 milyon “Lumia” smartfonu və 4.3 milyon “Asha” xəttinə məxsus aparat tədarük edib. “BlackBerry” şirkəti haqqında danışan ekspertlər təxmin ediblər ki, bu ilin ikinci rübündə kanada şirkəti təxminən 6,9 milyon smartfon tədarük edib ki, onların da təxminən 2,8 milyonu “BlackBerry 10” əməliyyat sistemi ilə işləyir.
Emil Hüseynov
Baxış sayı: 597
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır