12px13px15px17px
Tarix:30/07/13

Kanadada çipli pasportlardan istifadə ediləcək


Kanada Pasport Xidməti üz qabığına elektron çipin quraşdırıldığı yeni pasport nümunəsinin buraxılmasını bəyan edib. Hakimiyyət nümayəndələrinin fikrincə, bu, çoxsaylı ölkələrə vizasız daxil olmağa imkan verən milli pasportların saxtalaşdırılmasının qarşısını almaqda kömək edəcək.
 
Kağız pasportun üz qabığına quraşdırılan elektron çip pasport sahibinin imzası istisna olmaqla ikinci səhifədəki məlumatı özündə saxlayır. Bundan başqa, çipdə pasport sahibinin fotoşəkili və pasportun Kanada hökuməti tərəfindən verilməsini təsdiq edən yoxlama mexanizmi yer alıb.

Pasportun üz qabığındakı çip yalnız 10 santimetrlik məsafədən oxuna bilər ki, bunun da sayəsində pasport sahibinin icazəsi olmadan informasiyanı oxumaq qeyri-mümkündür. Bundan əlavə, çipdə istənilən informasiyanın dəyişdirilməsi pasportu avtomatik olaraq etibarsız edir.  

Kanadanın miqrasiya qanunlarına əsasən, vətəndaşın pasportu 5 ildən bir dəyişdirilməlidir. Miqrasiya Xidmətinin məlumatına görə, bu müddət ərzində yeni elektron sənədlər adi kağız pasportlarla eyni hüquqi qüvvəyə malik olacaq.   

Yeni pasportlar ənənəvi pasportlardan fərqli olaraq 5 və 10 illik müddətə veriləcək. Kanadada pasportun dəyişdirilməsi ödənişli xidmətdir və ölkə vətəndaşı beşillik pasport üçün təxminən 120 dollar ödəməlidir. Onillik pasportun qiyməti isə 160 dollar təşkil edir,- “CNews www.cnews.ru” yazır.
 
 



Baxış sayı: 744

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024