12px13px15px17px
Tarix:31/07/13

ABŞ-Azərbaycan Ticarət Palatasının İKT üzrə ticarət missiyasının Bakıya səfəri gözlənilir

Cari ilin dekabrında ABŞ- Azərbaycan Ticarət Palatasının (USACC) İKT üzrə ticarət missiyasının ölkəmizə səfəri gözlənilir.

"ICTnews" xəbər xidmətinin "USACC"-ın rəsmi saytına istinadən verdiyi məlumata əsasən, səfər dekabrın 2-5 tarixlərinə nəzərdə tutulub.

Səfər çərçivəsində informasiya, kosmik texnologiyaları, kibertəhlükəsizlik, o cümlədən İKT sahəsi üzrə ixtisaslaşan ABŞ-ın aparıcı şirkətləri yerli mütəxəssislərlə görüşəcəklər.

Bundan başqa, yüksəksəviyyəli hökumət rəsmiləri və sənaye nümayəndələri ilə brifinq-görüşlərin də keçirilməsi nəzərdə tutulur.

Qurumun yaydığı məlumatda  vurğulanır  ki, bu səfər ABŞ şirkətlərinə  sürətlə inkişaf edən İKT sektorunu araşdırmaq və bilavasitə Azərbaycan bazarı ilə tanış olmaq üçün ideal imkandır.

"Azərbaycan və Xəzər regionunda biznes imkanları tədqiq edən mütəxəssislər yüksəksəviyyəli hökumət  tənzimləyiciləri, potensial tərəfdaşlar və  distribüterlərlə danışıqlar aparmaq imkanı əldə edəcəklər.

Eyni zamanda, Bakıda keçiriləcək "BakuTel 2013" 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində  ABŞ-Azərbaycan biznes-forumu təşkil ediləcək. Missiya həmçinin sərgidə "USACC" stendində öz şirkət və məhsullarını  reklam etmək imkanı əldə edəcək. Nümayəndə heyətinin tərkibinə  ABŞ-ın aparıcı İKT şirkətlərinin 15-dən yuxarı yüksəksəviyyəli nümayəndələri daxil olacaq"- deyə məlumatda qeyd edilir.

Aynur Vəliyeva



Baxış sayı: 903

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024