Tarix:31/07/13
İnformasiya cəmiyyəti (İC), informasiya texnologiyaları əsrində İC qurucusu olmaq istəyən abituriyentlər üçün yeni imkanlar açılır. Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplamış gəncləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir.
İT Universitetini seçən abituriyentlər dövrün ən müasir və tələbat duyulan ixtisaslarına yiyələnməklə yanaşı, RİTN tərəfindən yaradılan üstünlüklərə də malik olacaqlar. Daha ətraflı burdan tanış ola bilərsiniz.
Nəzərdə tutulan üstünlüklərə görə, 600-dən yuxarı bal toplamış hər bir abituriyentə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 1 "Notebook" hədiyyə ediləcək. İTU-nu seçənlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı da qazanacaqlar. Universitetin məzunları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunacaqlar.
Eyni zamanda universitetin məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstək veriləcək.
Bundan başqa, müxtəlif həvəsləndirici mükafatlar (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.) da nəzərdə tutulur.
Qeyd edək ki, İnformasiya Texnologiyaları Universiteti (İTU) Azərbaycan Respublikası prezidentinin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə yaradılıb. İTU 2013/2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirəcək.
Bu ixtisaslara "İnformasiya təhlükəsizliyi", "Kompüter elmləri", "Kompüter mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" daxildir. Birinci il intensiv şəkildə ingilis dili tədris ediləcək.
Növbəti 4 ildə isə seçilmiş ixtisaslar üzrə ingilis dilində təhsil aparılacaq. 2013/2014-cü tədris ilində abituriyentlərin qeydiyyatı və ingilis dilinin tədrisi Azərbaycan Diplomatik Akademiyasında (Ünvan: AZ1008 Bakı şəh., Əhmədbəy Ağaoğlu küçəsi, 11 ("Gənclik" metrosunun yanı) aparılacaq.
RİTN abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir

Baxış sayı: 1425
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı