Tarix:31/07/13
Cari ilin ikinci rübündə ABŞ şirkəti dünyanın nəhəng noutbuk istehsalçısı adını rəqib Çin şirkəti “Lenovo”ya güzəştə getməli olub. “IDC” tədqiqat şirkətinin məlumatına görə, ötən rübdə “HP”-nin bu seqmentdə payı 16,3, “Lenovo”nun 16,7 faizə bərabər olub. Digər analitik şirkət “Gartner”in də statistikası “Lenovo”nun “HP”-ni xeyli üstələməsini göstərib. Bu şirkətin analitiklərinin qiymətləndirməsinə görə, istehsalçıların bazar payı müvafiq olaraq 16,7 və 16,3 faiz təşkil edib.
“HP” yüksək artım tempinə qalib olduğu tenderlər sayəsində nail ola bilər. Belə ki, şirkət Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatının hökumətindən təhsil müəssisələri üçün 1,5 milyon noutbukun tədarük edilməsinə dövlət sifarişi alıb. Bundan başqa, şirkət daha bir tenderdə uğur qazana bilər. Bu tenderdə isə Hindistan hökuməti 2 milyon portativ kompüter sifariş etmək niyyətindədir.
Hazırda “HP” Tayvanın 3 ODM şirkəti – “Quanta Computer”, “Wistron” və “Inventeс” ilə əməkdaşlıq edir. “Quanta Computer”, “Wistron” istehlak sinfinə daxil olan modellərin istehsalı ilə məşğuldur, Inventeс”in müəssisələrində isə biznes istifadəçilər üçün nəzərdə tutulan qurğular yığılır, - "DailyComm www.dailycomm.ru” yazır.
Noutbuk bazarının lideri bəlli oldu
Tayvan istehsalçılarının proqnozuna əsasən, 2013-cü ilin üçüncü rübündə “Hewlett-Packard” (HP) şirkəti tərəfindən noutbukların tədarük həcminin ötən rüblə müqayisədə 20 faiz artması, “Lenovo” istehsalçısının isə 7-9 faizlik rüblük azalma ilə üzləşməsi gözlənilir. Bunu nəzərə alaraq “HP”-nin bazarda liderliyi özünə qaytaracağı güman edilir.Cari ilin ikinci rübündə ABŞ şirkəti dünyanın nəhəng noutbuk istehsalçısı adını rəqib Çin şirkəti “Lenovo”ya güzəştə getməli olub. “IDC” tədqiqat şirkətinin məlumatına görə, ötən rübdə “HP”-nin bu seqmentdə payı 16,3, “Lenovo”nun 16,7 faizə bərabər olub. Digər analitik şirkət “Gartner”in də statistikası “Lenovo”nun “HP”-ni xeyli üstələməsini göstərib. Bu şirkətin analitiklərinin qiymətləndirməsinə görə, istehsalçıların bazar payı müvafiq olaraq 16,7 və 16,3 faiz təşkil edib.
“HP” yüksək artım tempinə qalib olduğu tenderlər sayəsində nail ola bilər. Belə ki, şirkət Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatının hökumətindən təhsil müəssisələri üçün 1,5 milyon noutbukun tədarük edilməsinə dövlət sifarişi alıb. Bundan başqa, şirkət daha bir tenderdə uğur qazana bilər. Bu tenderdə isə Hindistan hökuməti 2 milyon portativ kompüter sifariş etmək niyyətindədir.
Hazırda “HP” Tayvanın 3 ODM şirkəti – “Quanta Computer”, “Wistron” və “Inventeс” ilə əməkdaşlıq edir. “Quanta Computer”, “Wistron” istehlak sinfinə daxil olan modellərin istehsalı ilə məşğuldur, Inventeс”in müəssisələrində isə biznes istifadəçilər üçün nəzərdə tutulan qurğular yığılır, - "DailyComm www.dailycomm.ru” yazır.
Baxış sayı: 1665
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır