Tarix:01/08/13
Yaponiyanın “Panasonic” şirkəti avqustda “ReRAM” yaddaş texnologiyası üzərində yaradılmış kommersiya kompüter məhsulunun təchizatına başlayacaq.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, söhbət hava nəzarəti sisteminin, tibbi avadanlığın və yanğın siqnalizasiyasının quraşdırılması üçün nəzərdə tutulmuş “MN101LR” ətraf mühit mikrosensorları xəttindən gedir.
Şirkətdə bildiriblər ki, “ReRAM”-ın tətbiqi nəticəsində yeni sensorlar daha sadə konstruksiyaya və istehsal gücünə malik olacaqlar.
Hazırda istifadə edilən “NAND” yaddaş çiplərindən fərqli olaraq “ReRAM”-çiplər daha az elektrik enerjisi sərf edirlər, lakin məlumatları 10 min dəfə daha tez yazırlar. Yeni modulları kompüterlərlə yanaşı, digər istehlakçı elektronikasında, kameralarda, pleyerlərdə və s. istifadə etmək təklif edilir.
“ReRAM” texnologiyası perspektivdə, mobil telefonlarda və “MP3” pleyerlərdə istifadə edilən fləş-yaddaşı əvəz edə bilər. “ReRAM” həmçinin universal daşıyıcı şəklində istifadə edilə bilər, yəni “Flash”, “DRAM” və ya sərt disk kimi.
Aynur Vəliyeva
“ReRAM” əsasında yaradılmış ilk qurğu istehsal edilir

Baxış sayı: 630
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır