12px13px15px17px
Tarix:01/08/13

“Aztelekom” İstehsalat Birliyi tender elan edib


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi tender elan edib.
Tender Komissiyasından "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, tender "Aztelekom"un inzibati və texnoloji binasının ümumi giriş hissəsində marketinq və satış departamentinin yaradılması, həmçinin 5-ci mərtəbədə beynəlxalq Avtomat Telefon Stansiyasının (BATS) İdarə Heyətinin yerləşdirilməsi üçün  otaqların bir hissəsinin əsaslı təmiri üçün işlərin görülməsini  nəzərdə tutur.

Müsabiqə əsasında satınalma proseduru avqustun 21-də saat 15:00-da "Aztelekom" İstehsalat Birliyinin binasında keçiriləcək.

Sənədlər avqustun 20-si saat 17:00-dək qəbul edilir, əlavə məlumatı 012-344-0000-252, 012-344-0000-488 telefon nömrələrinə müraciət edərək almaq olar.

Aynur Vəliyeva



Baxış sayı: 963

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024