12px13px15px17px
Tarix:01/08/13

Ölkədə uşaq portalı istifadəyə verilib

Azərbaycanda fəaliyyət göstərən ən böyük uşaq portallarından biri fəaliyyətə başlayıb. "ICTnews.az"ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının İnformasiya Portalı xəbər yayıb.

Xəbərdə bildirilir ki, sözügedən "cirtdan.tv" saytı həm valideynlərin, həm də uşaqların düzgün mənbədən məlumat alması üçün hazırlanıb.

Portalda geniş tərbiyəvi xarakterli materiallardan istifadə etməklə övladların bilik və bacarıqlarını artıraraq onların mənəviyyatına, tərbiyəsinə və sosial fəaliyyətinin inkişafına böyük təsir göstərmək olar. "cirtdan.tv" portalında uşaqlar cizgi filmləri və filmlər izləyə, həmçinin "Oyunlar", "Testlər", "Birlikdə öyrənək", "Fotoarxiv", "Videoarxiv" və digər bölmələrdən istifadə edə bilərlər. Portalda "Analar üçün" bloq səhifəsində analara körpəyə qulluq, hamiləlik, uşaqlar və tərbiyə, valideynlərə məsləhət bölmələrindən istifadə etmək imkanı verilir.

Məlumatda diqqətə çatdırılıb ki,  sözügedən internet portalında istifadəçilərdən gələ biləcək istəklərin də nəzərə alınması üçün "Arzular və istəklər" bölməsi təklif edilib.

SEYMUR



Baxış sayı: 819

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024