Tarix:01/08/13
Əhalinin bütün təbəqələrinə pulsuz xidmət göstərən hüquq-informasiya mərkəzlərinin yaradılması istiqamətində işlər aparılıb. Mədəniyyət və Turizm Nazirliyinin (MTN) dəstəyi ilə Gəncə, Şirvan, Lənkəran, Mingəçevir, Sumqayıt şəhər, Astara, Ağdaş, Balakən, Bərdə, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Masallı, Neftçala, Sabirabad, Şamaxı, Ucar, Zaqatala rayon mərkəzi kitabxanalarında hüquq-informasiya mərkəzi və “Uşaq hüququ” informasiya mərkəzləri yaradılıb.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə nazirliyin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova məlumat verib. Onun sözlərinə görə, hüquq-informasiya mərkəzləri və “Uşaq hüququ” informasiya mərkəzlərinin fəaliyyətləri C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində yaradılan İctimai Hüquqi-İnformasiya Mərkəzi vasitəsilə koordinasiya edilir və mütəmadi olaraq birgə tədbirlər keçirirlər: “Sözügedən informasiya mərkəzləri hər il hüquq sahəsinə aid yeni nəşrlərlə zənginləşdirilir.
Uşaq cəzaçəkmə müəssisəsinin kitabxanasında informasiya-resurs mərkəzinin yaradılması və sözügedən mərkəzi müasir informasiya texnologiyaları və nəşrlərlə təmin etmək məqsədi ilə tədbirlər həyata keçirilib. Bununla əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə yaradılıb və oxucuların istifadəsinə təqdim edilib.
Uşaq cəzaçəkmə müəssisəsinin kitabxanasına çoxlu sayda kitablar göndərilib və kitabxanaların nəzdində informasiya-resurs mərkəzi kompüter və digər informasiya texnologiyaları ilə təmin olunub”.
Həqiqət İSABALAYEVA
Uşaq cəzaçəkmə müəssisəsinin kitabxanası müasir informasiya texnologiyaları ilə təmin edilib

Baxış sayı: 755
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır