12px13px15px17px
Tarix:02/08/13

“Azərbaycanda İnformasiya Cəmiyyəti” adlı növbəti statistik məcmuə nəşr edilib


 Dövlət Statistika Komitəsi informasiya kommunikasiya texnologiyalarına həsr olunmuş “Azərbaycanda İnformasiya Cəmiyyəti” adlı növbəti statistik məcmuəni nəşr edib. Nəşrin zərurətini vurğulayan komitədən bildirilib ki, milli informasiya və kommunikasiya infrastrukturunun mütərəqqi texnologiyalar əsasında müasirləsdirilməsi, informasiya cəmiyyətinin inkişafı əsas istiqamətlərdən biridir:

“İnformasiyaya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması, cəmiyyətin informasiya məhsulları və xidmətlərinə tələbatının dolğun ödənilməsi məqsədilə İKT infrastrukturuna və xidmətlərinə çıxışın təmin olunması əsas prioritetlərdən birinə çevrilib. Cəmiyyətin informasiyalaşdırılması ölkə iqtisadiyyatının bütün sahələrində səmərəliliyin artırılmasına, qiymətlərin endirilməsinə, dövlət orqanlarında elektron sənəd mübadiləsinin, elektron ticarət sistemlərinin tətbiqinə, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə köməklik göstərir. Təsadüfi deyil ki, respublika prezidenti 2013-cu ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib”.

Komitədən əlavə edilib ki, son illər internet xidmətlərinin tariflərinin aşağı salınması, yeni layihələrin həyata keçirilməsi, dövlət qurumlarında İKT-nin tətbiqinin genişləndirilməsi ilə bağlı ciddi tədbirlərin görülməsi respublikamızın beynəlxalq hesabatlarda mövqeyinin yaxşılaşmaşında mühüm rol oynayıb.

Belə ki, Ümumdünya İqtisadi Forumunun dünya ölkələrində informasiya texnologiyalarının inkişafına dair (“Global Information Technology Report 2013”) 144 ölkənin İKT sektorunun vəziyyətinin təhlil olunduğu yeni hesabatında Azərbaycanın mövqeyi ötən illə müqayisədə 5 pillə yüksəlib: respublikamız təşkilatın reytinq cədvəlində 4.1 balla 56-cı yerdə, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dərc olunmuş “İnformasiya cəmiyyətinin ölçülməsi 2012” (Measuring the information Society 2012) adlı ənənəvi məcmuədə dünya ölkələrində, İKT-nin inkişaf səviyyəsini göstərən əsas göstərici - İKT-nin inkişaf indeksi qiymətləndirilib və 155 ölkə arasında 5 pillə irəliləyərək 68-ci yerə yuksəlib: “Həmcinin ölkəmiz bu göstərici üzrə mövqeyini müsbətə doğru dəyişən ilk on ölkə siyahısına daxil edilib. Qeyd olunanlar informasiya cəmiyyətinin ölçülməsini, İKT statistikasının davamlı olaraq aparılmasını daha da zəruri edib”.

  Beləliklə, 2012-ci il üzrə yeni məlumatların əldə olunması məqsədilə ölkənin regionları üzrə proporsional qaydada, təsadüfi seçmə metodu ilə 10.5 min ev təsərrüfatı üzrə 7 yas və ondan yuxarı olan 26.9 mindən çox ailə üzvü arasında sorğu aparılıb, kənd təsərrüfatı və işçilərinin sayı 5 nəfərdən az olan ticarət
müəssisələri istisna olmaqla fəaliyyət göstərən bütün hüquqi şəxslər uçota cəlb olunub. Toplanmıs statistik məlumatların təhlili göstərib ki, 2012-ci ildə ölkədə İKT avadanlıqlarının sayı və onlardan istifadə səviyyəsi xeyli artıb. İKT-nin tətbiqi ölkədə fəaliyyət göstərən müəssisələrdə daha surətlə inkişaf edib,

il ərzində müəssisələrdə olan kompüterlərin, internetə qoşulmuş müəssisələrin sayı əhəmiyyətli dərəcədə artıb. Dövlət orqanları ilə 5158 müəssisə internet vasitəsilə əlaqə yaradıbvə onların sayı 2005-ci illə müqayisədə 21.6 dəfə, 2011-ci illə müqayisədə 23,9 faiz artıb. Külliyyatda 2007-2012-ci illər üzrə ev təsərrüfatlarında və müəssisələrdə İKT sistemləri, kompüterlərin mövcudluğu və onlardan istifadə olunması, internetə çıxış imkanları, istifadəsi, əhalinin elektron bilikləri, habelə İKT sektoru üzrə əsas makro göstəricilər və İKT məhsullarının idxalı və ixracı haqqında geniş məlumatlar əks olunub.

Məcmuənin qurulusu, verilmis məlumatların seçimi və onların ölçü vahidlərinin müəyyənləşdirilməsi, göstəricilərin ardıcıllığı və digər metodoloji işlərin aparılması beynəlxalq təşkilatların müvafiq metodoloji vəsaitləri əsasında tərtib olunub. Nəşrin giriş hissəsində məlumatlar daha qısa və yığcam verilib, digər bölmələrdə oxşar və digər məlumatlar daha ətraflı təhlil olunaraq cədvəllərdə verilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 485

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Dekabr 2018

18 12 2018

18/12/18
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

Belçikanın paytaxtı Brüssel şəhərində Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 6-cı toplantısı

18/12/18
“HTC” şirkəti “Desire 12s” smartfonunu təqdim edib

Tayvanın “HTC” şirkəti “Desire” smartfon xəttinə “Desire 12s” modelini əlavə edib.

18/12/18
Yeni “8K OLED” displeyinin piksel sıxlığı bir düym üçün min nöqtəni ötür

“Semiconductor Energy Laboratory” (SEL) şirkəti üzvi işıq diodlar (Organic Light Emitting Diode

18/12/18
“Twitter” istifadəçinin ölkəsini öyrənməyə imkan verən boşluğu aradan qaldırıb

“Twitter” sosial şəbəkəsinin məlumatına görə, əks-əlaqə forması ilə əlaqədar problem aradan qaldırılıb

18/12/18
“5G” şəbəkəsini dəstəkləyən ilk “Samsung” və “LG” smartfonları “MWC 2019” sərgisində nümayiş olunacaq

Cənubi Koreya nəhəngləri “Samsung Electronics” və “LG Electronics” beşinci nəsil mobil rabitə 

18/12/18
Süni insan başı ilə “Android” smartfonlarını blokdan çıxarmaq mümkün olub

“Android” sisteminin idarəetməsi altında işləyən qabaqcıl smartfonlar təhlükəsizlik testindən uğurla keçə 

18/12/18
“Google” bu ilin ən populyar sorğularını açıqlayıb

“Google” axtarış sistemi 2018-ci il üçün bütün dünya istifadəçiləri üzrə ən populyar sorğuları

18/12/18
“Huawei” ön kamerası displeyə qurulmuş “Nova 4” smartfonunu təqdim edib

Çinin “Huawei” şirkəti “Nova 4” smartfonunu təqdim edib. “ICTnews” Elektron Xəbər Xidməti 

18/12/18
“Android” sistemli smartfonların enerjisini boşaldan virus aşkarlanıb

“Sophos” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə tədqiqatçıları “Android” əməliyyat sisteminin