Tarix:02/08/13
Məlum olduğu kimi, 11 iyul 2013-cü il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb.
MDB məkanında ilk dəfə olaraq ölkəmizdə tətbiq olunan bu xidmət pensiya yaşına çatmış hər bir vətəndaşa sənəd toplamadan və vaxt itirmədən "190-0 Cağrı Mərkəzi" nə zəng edərək, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı verir. 31 iyul 2013-cü il tarixə olan statistikaya əsasən, ötən ayın 20 günü ərzində DSMF-nin "190-0 Çağrı Mərkəzi"nə 401 müraciət daxil olub. Müraciət edən vətəndaşlardan 82 nəfərinə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.
Onlardan 31-i Bakı şəhərində (Binəqədi rayonu 3 nəfər, Nizami rayonu 2 nəfər, Nərimanov rayonu 2 nəfər, Nəsimi rayonu 2 nəfər, Qaradağ rayonu 1 nəfər, Sabunçu rayonu 4 nəfər, Suraxanı rayonu 2 nəfər, Səbail rayonu 1 nəfər, Xətai rayonu 4 nəfər, Xəzər rayonu 1 nəfər, Yasamal rayonu 9 nəfər), 51-i isə bölgələrdə (Abşeron rayonu 1 nəfər, Ağdam rayonu 1 nəfər, Beyləqan rayonu 2 nəfər, Biləsuvar rayonu 1 nəfər, Bərdə rayonu 1 nəfər, Füzuli rayonu 1 nəfər, Gədəbəy rayonu 4 nəfər, Gəncə şəhəri 2 nəfər, Mingəçevir şəhəri 1 nəfər, Oğuz rayonu 3 nəfər, Quba rayonu 1 nəfər, Qusar rayonu 4 nəfər, Saatlı rayonu 9 nəfər, Sabirabad rayonu 1 nəfər, Salyan rayonu 1 nəfər, Sumqayıt şəhəri 2 nəfər, Tərtər rayonu 2 nəfər, Yardımlı rayonu 2 nəfər, Yevlax rayonu 5 nəfər, Zəngilan rayonu 4 nəfər, Şəki rayonu 3 nəfər) yaşayan vətəndaşlar olub. Avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği, eyni zamanda öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının (şöbəsinin) ünvanı bildirilib.
Digər müraciət edənlərin əksəriyyəti 01.01.2006-cı ilədək əmək (sosial sığorta) stajları barədə məlumatları fondun orqanlarına təqdim etməmələri səbəbindən onlara avtomatlaşdırılmış qaydada pensiya təyin etmək mümkün olmayıb. Bir daha vurğulamaq yerinə düşər ki, vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks edilməsində xüsusi maraqlı olmalı, həmçinin ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər.
DSMF bir daha vətəndaşlardan özlərinin 01.01.2006-cı ilədək əmək (sosial sığorta) stajları barədə məlumatları fondun orqanlarına təqdim etmələrini xahiş edir. Bu prosesdə aktiv iştirak etməyiniz sizin rahatlığınızı təmin edəcək və gələcəkdə sizin hər birinizə evinizdən kənara çıxmadan, şəffaf şəkildə və pensiya hüququnuzu tam nəzərə alan əmək pensiyası təyin olunmasına imkan verəcəkdir.
Avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir. Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatı ölkə prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilib.
Hazırda avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılmaqdadır. Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatının avtomatlaşmış qaydada aparılması isə digər müvafiq dövlət qurumlarında qeyd olunan təyinatlarla bağlı zəruri informasiyaları özündə əks etdirən elektron xidmətlərin yaradılmasından sonra reallaşdırılacaq.
Həqiqət İSABALAYEVA
Azərbaycanda iyul ayı ərzində 82 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib

Baxış sayı: 791
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır