Tarix:02/08/13
Bankdan bildirilib ki, ESAHS eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2013-2017-ci illərdə Statistikanın İnkişafına dair Dövlət Proqramı"nın müvafiq tələbindən irəli gələn və avtomatlaşma sahəsində tamamlanmış mühüm layihələrdən biridir. Sistem qabaqcıl beynəlxalq standartlara uyğun işlənmiş və ən son texnoloji tələblərə cavab verir. ESAHS AMB-də bütün statistik məlumatların vahid elektron platformada toplanmasına, avtomatik rejimdə və keyfiyyətli emal olunmasına, informasiyanın çevik yayımlanmasına imkan verir.
ESAHS həm də geniş analitik və riyazi-statistik emal imkanlarına malikdir. Sistem informasiyanın interaktiv təsvirini, onun avtomatik rejimdə müxtəlif formatlara keçirilməsini, hər bir icmal göstəricinin ilkin mənbəyinə qədər saniyələr ərzində detallaşmasını təmin edir. ESAHS-ın geniş funksional imkanları həm də Mərkəzi Bankın məlumat bazası ilə digər dövlət qurumlarının məlumat bazaları arasında çevik informasiya mübadiləsinə də şərait yaradır.
O, istifadəçilər üçün rahatlığı və əhəmiyyətli vaxt qənaətini təmin edir.
ESAHS-ın mükəmməl texnoloji platformasından istifadə edərək növbəti mərhələdə Mərkəzi Bankın informasiya bazasının daha da zənginləşdirilməsi, onun çoxsaylı kənar informasiya mənbələri ilə qarşılıqlı inteqrasiyası istiqamətində fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Mərkəzi Bankda Elektron Statistika və Analitik Hesabatlılıq Sistemi yaradıldı
Mərkəzi Bankda Elektron Statistika və Analitik Hesabatlılıq Sisteminin (ESAHS) yaradılması layihəsi uğurla başa çatdırılıb. Bu layihənin tamamlanması Mərkəzi Bankın informasiya bazasının tam elektronlaşması istiqamətində həlledici əhəmiyyətə malikdir.Bankdan bildirilib ki, ESAHS eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2013-2017-ci illərdə Statistikanın İnkişafına dair Dövlət Proqramı"nın müvafiq tələbindən irəli gələn və avtomatlaşma sahəsində tamamlanmış mühüm layihələrdən biridir. Sistem qabaqcıl beynəlxalq standartlara uyğun işlənmiş və ən son texnoloji tələblərə cavab verir. ESAHS AMB-də bütün statistik məlumatların vahid elektron platformada toplanmasına, avtomatik rejimdə və keyfiyyətli emal olunmasına, informasiyanın çevik yayımlanmasına imkan verir.
ESAHS həm də geniş analitik və riyazi-statistik emal imkanlarına malikdir. Sistem informasiyanın interaktiv təsvirini, onun avtomatik rejimdə müxtəlif formatlara keçirilməsini, hər bir icmal göstəricinin ilkin mənbəyinə qədər saniyələr ərzində detallaşmasını təmin edir. ESAHS-ın geniş funksional imkanları həm də Mərkəzi Bankın məlumat bazası ilə digər dövlət qurumlarının məlumat bazaları arasında çevik informasiya mübadiləsinə də şərait yaradır.
O, istifadəçilər üçün rahatlığı və əhəmiyyətli vaxt qənaətini təmin edir.
ESAHS-ın mükəmməl texnoloji platformasından istifadə edərək növbəti mərhələdə Mərkəzi Bankın informasiya bazasının daha da zənginləşdirilməsi, onun çoxsaylı kənar informasiya mənbələri ilə qarşılıqlı inteqrasiyası istiqamətində fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 631
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır