Tarix:03/08/13
"Ardıcıl sınaqlardan sonra bizim səkkizinci nəsil yeni istehsal xəttimiz gələn ilin ikinci yarısından tam gücü ilə işə düşəcək", - şirkət nümayəndəsi Li San Vuk deyib.
Şirkətin yeni istehsal xəttində panellərin aylıq buraxılış həcmi eni 2,2 metr və hündürlüyü 2,5 metr təşkil edən 26 min vərəq olacaq. Sonradan bu vərəqlər diaqonal ölçüsü 50-dən başlayan displeylər üçün kəsiləcək. Müəssisəyə yatırılan investisiyaların ümumi məbləği 700 milyard vona (təxminən 623 milyon dollar) çatır, - şirkət nümayəndəsi əlavə edib.
Seqment üzrə "LG Display"in həmkarı və əsas rəqibi "Samsung Display" şirkəti "OLED" panellərin kütləvi istehsalı ilə bağlı planlarını hələ ki açıqlamayıb.
"iSuppli" analitik şirkətinin ekspertləri "OLED" televizorların istehsalının illik həcmini 75 milyon ədəd səviyyəsində proqnozlaşdırırlar. Bazarın genişlənməsini yubadan əsas amillər arasında mütəxəssislər məhdud çıxış və "OLED TV"-nin yüksək qiymətə olmasını qeyd edirlər, - "DailyComm www.dailycomm.ru" yazır.
“OLED” panellərin kütləvi istehsalına başlanılacaq
Dünya displey məhsullarının nəhəng istehsalçısı "LG Display" şirkəti 2014-cu ilin ikinci yarısından etibarən üzvi işıq-diodlar (organic light-emitting diode, OLED) əsasında televizorlar üçün nəzərdə tutulan panellərin kütləvi istehsalına başlayacağını bəyan edib."Ardıcıl sınaqlardan sonra bizim səkkizinci nəsil yeni istehsal xəttimiz gələn ilin ikinci yarısından tam gücü ilə işə düşəcək", - şirkət nümayəndəsi Li San Vuk deyib.
Şirkətin yeni istehsal xəttində panellərin aylıq buraxılış həcmi eni 2,2 metr və hündürlüyü 2,5 metr təşkil edən 26 min vərəq olacaq. Sonradan bu vərəqlər diaqonal ölçüsü 50-dən başlayan displeylər üçün kəsiləcək. Müəssisəyə yatırılan investisiyaların ümumi məbləği 700 milyard vona (təxminən 623 milyon dollar) çatır, - şirkət nümayəndəsi əlavə edib.
Seqment üzrə "LG Display"in həmkarı və əsas rəqibi "Samsung Display" şirkəti "OLED" panellərin kütləvi istehsalı ilə bağlı planlarını hələ ki açıqlamayıb.
"iSuppli" analitik şirkətinin ekspertləri "OLED" televizorların istehsalının illik həcmini 75 milyon ədəd səviyyəsində proqnozlaşdırırlar. Bazarın genişlənməsini yubadan əsas amillər arasında mütəxəssislər məhdud çıxış və "OLED TV"-nin yüksək qiymətə olmasını qeyd edirlər, - "DailyComm www.dailycomm.ru" yazır.
Baxış sayı: 660
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır