12px13px15px17px
Tarix:03/08/13

Yeni “USB” standartı təsdiq olunub

"USB 3.0 Promoter Group" təşkilatı "USB 3.1" standartının spesifikasiyası təsdiqlənib. Sözügedən standartda verilənlərin "USB" interfeysi vasitəsilə maksimal ötürülmə sürəti 10 Qbit/san olub. Bu o deməkdir ki, "Intel", "AMD" və başqa şirkətlər  "USB 3.0" standartından 2 dəfə sürətli işləyəcək yeni mikrosxem yığımı üzərində işə start verə bilərlər.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, yeni "USB" standartı "3.0/2.0" standartları ilə uyğun olacaq. Bununla belə, köhnə konnektor və kabellərdə maksimal sürət 5 Qbit/s olacaq.
"USB 3.1" qurğularına həsr edilmiş istehsalçılar üçün "Promoter Group" konfransı avqustun 31-də keçiriləcək.

Göründüyü kimi, təşkilat heç də tələsmir, o əmindir ki, "USB 3.1" interfeysi bu ilin iyununda "Intel" korporasiyası tərəfindən elan edilmiş "Thunderbolt 2" ilə daha geniş tətbiq olunacaq.

Emil Hüseynov



Baxış sayı: 670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024