12px13px15px17px
Tarix:05/08/13

2-ci “Mobillik qrantı” müsabiqəsindən uğurla keçmiş layihələrin siyahısı açıqlanıb


 
Prezident yanında Elmin İnkişafı Fondu (EİF) xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən xüsusi layihələrin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün 2-ci "Mobillik qrantı" müsabiqəsindən (EİF-Mob-2-2013-4 (10)) uğurla keçmiş layihələrin siyahısını açıqlayıb.

Fonddan bildirilib ki, müsabiqənin "Fizika-riyaziyyat və texnika elmləri" istiqaməti üzrə 3 layihə maliyyələşdiriləcək. Belə ki, müsabiqənin Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə elmi mәruzәlәrlә iştirakının qismən və ya tam səkildə maliyyәlәşdirilmәklә təmin edilmәsi  (XETİ) bəndi üzrə Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun (layihə - Rusiya Federasiyası, İvanovo şəhəri, V Ümumrusiya elmi konfransı, "Polimerlərin emalı proseslərinin fiziokimyası" adlı elmi tədbirlərdə iştirak və elmi məruzə ilə çıxış, 16-19 sentyabr 2013-cü il), Azәrbaycandan olan alim vә mütәxәssislәrin xaricdә qısamüddәtli tәcrübәkeçmә proqramlarında iştirakının qismәn vә ya tam şәkildә maliyyәlәşdirilmәklә tәmin edilmәsi (QMTK) bəndi üzrə Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun (layihə - Koreya, Seul şəhəri, Sogang Universiteti, Kvant Fəza-Zaman Mərkəzində (CQUEST) qısamüddətli elmi təcrübəkeçmə, sentyabr 2013-cü il), eyni zamanda QMTK üzrə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (layihə - Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri, Sankt-Peterburq Dövlət Universitetinin V.V.Sobolev adına Astronomiya Elmi Tədqiqat İnstitutunda qısamüddətli elmi təcrübəkeçmə, oktyabr 2013-cü il) layihələri maliyyələşdiriləcək.

Ümumilikdə isə EİF müsabiqə çərçivəsində 13 layihəyə dəstək verəcək.

Qeyd edək ki, sözügedən müsabiqə Azәrbaycanda tәbiәt, dәqiq, texniki, humanitar vә ictimai elmlәr sahәsindә elmi tәdqiqat işlәri ilә mәşğul olan alimlәrin elmi fәaliyyәtini stimullaşdırmaq vә onlara xaricdә elmi tәdbirlәrdә vә qısamüddәtli

tәcrübәkeçmәdә iştirak, Azәrbaycanda alınmış elmi nәticәlәrin tanıdılması, tәcrübә mübadilәsi vә yeni әlaqәlәrin qurulması imkanı yaratmaq mәqsәdi daşıyır.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024