12px13px15px17px
Tarix:05/08/13

Tərtərdə rabitə xidmətlərinin səviyyəsi yüksəlir


Tərtər rayonunda əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi yüksəlir.

Rayon İcra Hakimiyyətindən "ICTnews.az" elektron xəbər portalına verilən məlumata əsasən, cari ildə rayonun Səhləbad və Ələsgərli kəndlərində yeni elektron ATS binaları inşa edilib, Qaradağlı və Kəngərli kəndlərində 200 nömrənin, Ələsgərli, Düyərli, Sarıcalı kəndlərində isə 260 nömrənin daxili xətt şəbəkəsinin tikintisi başa çatıb.

Əhalinin sürətli internetdən istifadəsi məqsədilə mərkəzi elektron ATS-də 1 ədəd 48 portluq və 1 ədəd 96 portluq, Qaradağlı, Hacıqərvənd elektron ATS-lərində 48 portluq, Azad Qaraqoyunlu, Ələsgərli, Soyulan, Qaraağacı və Xoruzlu kəndlərində olan elektron ATS-lərin hər birində 24 portluq ADSL avadanlığı quraşdırılaraq istifadəyə verilib. 

KAMAL
 



Baxış sayı: 659

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024