12px13px15px17px
Tarix:05/08/13

“Aztelekom”un internet xidmətləri bazarında payı artıb


 
Azərbaycan internet xidmətləri bazarında ilin əvvəlindən bu günə kimi vəziyyət, demək olar ki, dəyişməyib.
“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında “Bakinternet”in payı 0,5% azalaraq 25% təşkil edib.

Hesabat dövründə, ənənəvi olaraq reytinqdə birinci yerləri tutan “Aztelekom”, “Uninet” və “Azeronline” şirkətləri kəskin rəqabəti davam ediblər.

Son bir ay ərzində “Aztelekom”un bazar payı 1,7% artaraq 18,4% təşkil edib, “Uninet”in payı 11,4% olub, “Azeronline”-nın  9,08%, “Connect”in 5,6%, “Dataplus”un  6,7% olub.

Onların ardınca 4,5% bazar payı ilə “Azqtel”,  2,6% “Adanet”,  2,2% “Ultel”, 2,3% “Azstarnet”, 1,8% Smart, 1,2%  “Avirtel”, 1,2% “Azeurotel”, “Nakhchivan”  1,2%, 1,9% “Castel”, “Azstatenet”in (Специальная служба государственной охраны) payı azalaraq 0,91% təşkil edib.

Digər provayderlər bazarda çox kiçik paya malikdirlər – 0,01–1,21% ətrafında.
Qeyd edək ki, ötən ilin sonundan etibarən “Orbit.az”, “Q-telecom”, “Meqatelecom”, “Globalnet”, “Eurotelecom” kimi yeni şirkətlər işə başlayıblar və onlar bazarın 1% aşağı payına malikdirlər. Ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
 
Aynur Vəliyeva
 
 
 



Baxış sayı: 798

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024