12px13px15px17px
Tarix:05/08/13

Smartfon və planşetlər istifadəçiləri universal edib


Mobil qurğuların inkişafı insanların eyni zamanda bir neçə iş görməsinə səbəb olub. Britaniyanın  “Ofcom” telekommunikasiya tənzimləyicisinin ölkə əhalisi arasında keçirdiyi sorğunun nəticəsinə əsasən məlum olub ki, əksər insanlar televiziya verilişlərini izləyən zaman sosial şəbəkələrdə danışır, tvit göndərir və ya status və fotolara şərh yazırlar.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, “Ofcom” şirkətinin hesabatına əsasən, Böyük Britaniyada yaşlı insanların 51%-dən çoxu smartfona malikdir, hərçənd iki il əvvəl onların sayı 27% təşkil edirdi. Planşet sahəsində də eyni vəziyyət müşahidə olunur: bir il ərzində onların populyarlığı 11-dən 24%-dək artıb. Orta statistik Britaniya ailəsi hazırda internetə çıxış imkanına malik üçdən çox qurğudan istifadə edir.

Ölkənin yaşlı əhalisinin 50%-dən çoxu televiziya verilişlərini izləyən zaman planşet və smartfonlarından istifadə edirlər. Qadınlar kişilərlə müqayisədə daha çox “çoxməsələlik” nümayiş etdirirlər.

Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 586

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024