Tarix:05/08/13
Sazişə əsasən, “RockMelt”in 32 əlavə əməkdaşı internet nəhənginin sərəncamına keçəcək. Sosial brauzerin keçmiş baş icraçı direktoru Erik Vişriya “Yahoo!”-nun media məhsulları üzrə vitse-prezidenti, texniki direktor Tim Hous mobil məhsulların hazırlanması üzrə korporasiyanın vitse-prezidenti vəzifəsinə təyin ediləcək.
“RockMelt” mütəxəssisləri tərəfindən hazırlanaraq 2010-cu ildə işə salınan veb-brauzer bütün mümkün sosial şəbəkələrlə inteqrasiyaya şərait yaradır ki, bu da istifadəçilərə bilavasitə brauzer vasitəsilə “Facebook”a məlumat göndərməyə və “Twitter”də şərhlərə baxmağa imkan verir. İnvestorların marağının əksinə olaraq, məhsul bazarın liderləri – “Google Inc.” şirkətinin “Chrome” və “Microsoft Corp.” korporasiyasının “Internet Explorer” brauzerləri ilə rəqabət apara bilməyib, - “Vesti www.vesti.ru” yazır.
“Yahoo!” şirkəti “RockMelt” brauzerini satın alıb
“Yahoo!” şirkəti “RockMelt” sosial veb-brauzer şirkətini satın alıb. Sövdələşmənin şərtləri haqqında məlumat verilməsə də, “Reuters” agentliyinin məlumatına görə, alış korporasiyaya 50-80 milyon dollara başa gəlib. 30 gün ərzində “RockMelt”in hazırkı məhsulları bağlanacaq, texnologiyaları isə “Yahoo!”-nun platformasına inteqrasiya ediləcək.Sazişə əsasən, “RockMelt”in 32 əlavə əməkdaşı internet nəhənginin sərəncamına keçəcək. Sosial brauzerin keçmiş baş icraçı direktoru Erik Vişriya “Yahoo!”-nun media məhsulları üzrə vitse-prezidenti, texniki direktor Tim Hous mobil məhsulların hazırlanması üzrə korporasiyanın vitse-prezidenti vəzifəsinə təyin ediləcək.
“RockMelt” mütəxəssisləri tərəfindən hazırlanaraq 2010-cu ildə işə salınan veb-brauzer bütün mümkün sosial şəbəkələrlə inteqrasiyaya şərait yaradır ki, bu da istifadəçilərə bilavasitə brauzer vasitəsilə “Facebook”a məlumat göndərməyə və “Twitter”də şərhlərə baxmağa imkan verir. İnvestorların marağının əksinə olaraq, məhsul bazarın liderləri – “Google Inc.” şirkətinin “Chrome” və “Microsoft Corp.” korporasiyasının “Internet Explorer” brauzerləri ilə rəqabət apara bilməyib, - “Vesti www.vesti.ru” yazır.
Baxış sayı: 678
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib