12px13px15px17px
Tarix:06/08/13

Azərbaycan Beynəlxalq Bankı “R@ndevu” xidmətini istifadəyə verib


 
Azərbaycan Beynəlxalq Bankı (ABB) Bakı və Gəncə şəhərlərində xidmət olunan müştərilərinə onların rahatlığı təmin etmək məqsədilə unikal "R@ndevu" xidmətindən yararlanmağı təklif edir.

ABB-dən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata əsasən, "R@ndevu" xidməti müştərilərə vaxtlarına qənaət etmək, bankın filiallarında sürətli xidmət imkanı yaradan yeni bir xidmətdir.

"R@ndevu" vasitəsilə ABB-nin müştəriləri Banka gəlməmişdən bir gün əvvəl xidmət olunduqları filialda görüş təyin edə biləcəklər. "R@ndevu" xidmətindən istifadə etmək üçün ABB-nin Məlumat Mərkəzinə (437 7900 və ya *2265 nömrələri ilə) zəng vurub və ya bankın internet səhifəsinə (randevu.ibar.az) daxil olub görüşün vaxtını, istənilən xidməti və öz əlaqə məlumatlarını bildirmək kifayətdir. Qabaqcadan görüş təyin etmiş müştərilər müəyyən edilmiş vaxt bankın filialına gələrkən, növbəsiz xidmət olunacaq. Müştəri görüşə mütləq dəqiq vaxtında gəlməlidir, əks halda, ümumi növbədə xidmət olunacaq.

Hazırda "R@ndevu" xidməti ABB-nin Abşeron, Binəqədi, Səbail, Sənaye, Xətai, Qaradağ, Sabunçu, Mərkəzi, Nəqliyyat, Yasamal, Nərimanov, Nəsimi, Nizami, Gəncə filialları tərəfindən təklif olunur.

Qeyd edək ki, "R@ndevu" xidməti ABB-da tətbiq edilmiş Fransanın "ESİİ" şirkətinin istehsal etdiyi yeni "eSirius" növbələrin elektron idarə edilməsi sisteminin bir hissəsidir. Tətbiq edilmiş bu müasir elektron idarəetmə sistemi bankın xidmət şəbəkəsinə müraciət edən müştərilərə daha operativ və rahat şəkildə xidmət göstərməyə imkan verir. İlin sonuna kimi sistemin bankın digər filial və şöbələrində (həm ölkənin paytaxtında, həm də regionlarda) tətbiqi həyata keçiriləcək.

Kamal Hacıyev



Baxış sayı: 784

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024