Tarix:06/08/13
“eMarketer” analitik şirkətinin məlumatına əsasən, ABŞ-da internet ilk dəfə olaraq vaxt müddətinə görə televiziyanı ötüb.
Sözügedən şirkətin məlumatına görə, 18 yaşdan yuxarı ABŞ vətəndaşı orta hesabla internetdə gündəlik 5 saat 9 dəqiqə vaxt keçirir ki, bu da ötən illə müqayisədə 16% daha çoxdur. Bu halda amerikalılar televizor qarşısında gündəlik 4 saat 31 dəqiqə vaxt keçirir.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, amerikalılar planşet və smartfonlarla gündəlik 2 saat 21 dəqiqə vaxt keçirir. Stasionar kompüter və noutbuklar üzrə bu göstərici getdikcə azalır, hazırda 2 saat 19 dəqiqə təşkil edir.
Lakin bütün bunlar qlobal reklam bazarına hələ ki güclü təsir göstərmir: şirkətlər əvvəlki kimi reklamın televiziyada yerləşdirilməsinə üstünlük verirlər. “eMarketer” analitik şirkətinin proqnozuna görə, bu il dünyada televiziya reklamlarına 205 milyard dollar xərclənəcəyi halda, onlayn reklama iki dəfə daha az pul sərf olunacaq. Mobil reklam bazarının həcmi bu il 80% artacaq.
Emil Hüseynov
ABŞ-da internet liderliyi ələ keçirib

Baxış sayı: 589
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib