12px13px15px17px
Tarix:06/08/13

İki milyona yaxın onlayn ödəniş edilib


İyul ayında altı illiyini qeyd edən "GoldenPay" şirkəti, daha bir önəmli göstəriciyə nail olmağa hazırlaşır. "Hesab.az" portalında həyata keçirilən onlayn ödənişlərin sayı iki milyona yaxınlaşır. Bununla əlaqədar şirkət portal vasitəsilə iki milyonuncu ödənişi həyata keçirəcək istifadəçini təltif etmək niyyətindədir.
Yaxın günlərdə bu ödənişi həyata keçirəcək istifadəçinin adı açıqlanacaq və o, "Nokia Lumia 720" mobil telefonunu qazanacaq.

"GoldenPay" şirkətinin baş direktoru Fərid İsmayılzadənin sözlərinə görə, portal vasitəsilə həyata keçirilən ödənişlərin əsas hissəsi mobil və stasionar rabitə xidmətlərinin payına düşür. İkinci yeri kommunal xidmətlər (qaz, su və elektrik enerjisinin ödənişləri), üçüncü yeri isə İnternet xidmətləri, kabel televiziyası və bank kreditlərinin ödənişləri tutur.

"GoldenPay"sistemi üzərindən bir ay ərzində həyata keçirilən tranzaksiyaların sayı təqribən 200 min ədəd təşkil edir. Bu ilin əvvəlindən isə sistem vasitəsilə həyata keçirilən tranzaksiyaların sayı 31,7 faiz artıb və ötən ilin yeddi ayının göstəricisi - 56,7 minə qarşı, bu il yanvar-iyul aylarında tranzaksiyaların sayı 198,5 mini üstələyib", - deyə İsmayılzadə bildirib.

"GoldenPay" sistemi üzərindən bu il ərzində həyata keçirilən tranzaksiyaların ümumi həcmi 10,5 milyon manatdan artıq olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 22 dəfə çoxdur.


RƏVAN



Baxış sayı: 791

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024