Tarix:07/08/13
“ICANN” korporasiyası (İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) yeni yüksəksəviyyəli domenlərin internetin toxunulmazlığına və təhlükəsizliyinə göstərə biləcək mümkün təsirinə dair hesabat dərc edib. Korporasiyanın məlumatına görə, “.home” və “.corp” domenlərinin fəaliyyətinə icazə verilməsinə ehtiyac duyulmur, internetdə digər yeni domenlərin yaranması isə 6 aydan 1 ilədək təxirə salına bilər.
“Interisle Consulting” təşkilatı tərəfindən hazırlanan müstəqil hesabatda qeyd edilib ki, yüksəksəviyyəli yeni domenlər istifadəçilərin təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Söhbət internetə ev qurğularından və korporativ şəbəkələrdən göndərilən sorğulardan gedir. Bu cür sorğuların əksəriyyəti “Google Chrome” brauzerindən və internetə çıxış üçün ev qurğularından istifadə zamanı yaranır. Riskli sorğular sırasında korporativ infrastrukturda tez-tez istifadə olunan “.corp” domeni də yer alıb.
Hesabatın yekunları üzrə “ICANN” yeni domen zonaları üçün edilən müraciətləri 3 qrupa bölüb. “Yüksək riskli” domenlər qrupuna “.home” və “.corp” daxildir. “ICANN” müraciət edənlər tərəfindən domenlərin bundan sonra risk yaratmayacağı ilə bağlı sübutlar təqdim etməyincə, onların fəaliyyətinə icazə verməyəcək.
“Aşağısəviyyəli risk” qrupunda 1128 domen (təklif olunan yeni domenlərin 80 faizi) var. Bura bütün “IDE” domenlər daxildir.
Sonuncu qrup “ICANN”-ın risk dərəcəsini müəyyən edə bilmədiyi domenlərdir (279 domen, ümumi domenlərin 20 faizi). Bu domenləri aşağı və ya yuxarısəviyyəli kateqoriyaya daxil etmək üçün korporasiya əlavə audit keçirməyi planlaşdırır, - "IT Expert www.itexpert.org.ua” yazır.
“ICANN” yüksəksəviyyəli domenləri internetin təhlükəsizliyi üçün ciddi təhdid hesab edir

Baxış sayı: 1059
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib