12px13px15px17px
Tarix:07/08/13

Marissa Meyer “Flickr” layihəsinin direktorunu dəyişdirir


 
Marissa Meyer artıq bir ildən çoxdur ki "Google" şirkətində işləmir, "Yahoo!" şirkətinə başçılıq edir, bununla belə onun internet nəhəngi ilə əlaqələri itməyib. Belə ki, məlum olub ki, "Flickr" fotohostinq xidmətinin yeni direktoru əvvəllər "Google"-un "Zagat" layihəsində işləmiş Bernardo Ernandez olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Zagat" layihəsi restoran biznesi ilə məşğul olur, həmçinin restoran-kartoqrafiya mövzusunun kiçik sosial şəbəkəsini aparır. Xatırladaq ki, internet nəhəngi ötən il "Zagat" şirkətini satın alıb.

Marissa Mayer "Twitter" mikrobloqunda yazıb ki, Ernandez bu gündən "Flickr" fotoxidmətində direktor kimi işə başlayır.

Emil Hüseynov
 
 



Baxış sayı: 725

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024