Tarix:12/08/13
Azərbaycanda "Gənclərin rəqəmsal inkişafı - internet jurnalistikası üzrə maarifləndirmə" adlı layihə həyata keçirilir. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən layihəni Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) reallaşdırır.
Təşkilatdan bildirilib ki, layihənin məqsədi gənclərdə internet jurnalistikası ilə bağlı peşəkarlığı artırmaq, lazımi bilik və bacarıqları aşılamaq, region gənclərini internet resursları və onun əhəmiyyəti barədə məlumatlandırmaq, internet jurnalistikası üzrə gənc peşəkarların aşkarlanmasıdır. AGAT-dan o da əlavə olunub ki, Gənclər və İdman Nazirliyinin dəstəyilə icra olunan layihə çərçivəsində Bakı, Quba, Gəncə və digər şəhərlərdə məlumatlandırma sessiyaları və təlimlər keçiriləcək. Bu təlimlərdə gənclərə rəqəmsal inkişaf, vətəndaş jurnalistikası, internet resurslarından faydalı istifadə, bu istiqamətdə bacarıq və biliklər ekspertlərin iştirakı ilə aşılanacaqdır.
Qeyd edək ki, sonda təlim iştirakçıları ilə birgə Rəqəmsal İnkişaf Forumunun keçirilməsi nəzərdə tutulub.
SEYMUR
Region gəncləri internet resursları və onun əhəmiyyəti barədə məlumatlandırılacaq

Baxış sayı: 725
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır