Tarix:12/08/13
"Azərkosmos"dan vurğulayıblar ki, bunun üçün TV kanalları öz öhdələrinə düşən lazımi texniki hazırlıqları təmin etməlidir. Yəni peyk TV yayımın məzmununu ötürmək üçün müvafiq avadanlığa sahib olmalıdır: "Bu günə kimi 3-4 regional TV kanalı milli peykimiz vasitəsilə yayımlanmaq üçün "Azərkosmos" ASC-yə müraciət edib və tərəfimizdən onlara lazımi texniki hazırlıqlar və kommersiya şərtləri barədə məlumat verilib".
"Azərkosmos"dan verilən məlumata görə, regional TV-lərlə bağlanacaq müqavilələr bazarın tələblərinə uyğun qurulacaq və bu zaman meydana çıxan kommersiya münasibətləri bazar konyunkturasına uyğun olaraq tənzimlənəcək: "Bildiyiniz kimi, "Azərkosmos" ASC kommersiya təşkilatıdır və təşkilatın tətbiq etdiyi tariflər dövlət tərəfindən tənzimlənən tariflərə aid edilmir. Müvafiq olaraq tariflər bazar tələblərinə uyğun formalaşır".
SEYMUR
“Azərspace” telekommunikasiya peyki region TV-lər üçün açıqdır
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) digər yerli kanalları yayımladığı kimi, regional TV kanallarını da texniki olaraq yayımlamaq imkanına malikdir və bu istiqamətdə onlarla müqavilələr bağlamağa hazırdır. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə ASC-nin mətbuat xidmətindən bildirilib."Azərkosmos"dan vurğulayıblar ki, bunun üçün TV kanalları öz öhdələrinə düşən lazımi texniki hazırlıqları təmin etməlidir. Yəni peyk TV yayımın məzmununu ötürmək üçün müvafiq avadanlığa sahib olmalıdır: "Bu günə kimi 3-4 regional TV kanalı milli peykimiz vasitəsilə yayımlanmaq üçün "Azərkosmos" ASC-yə müraciət edib və tərəfimizdən onlara lazımi texniki hazırlıqlar və kommersiya şərtləri barədə məlumat verilib".
"Azərkosmos"dan verilən məlumata görə, regional TV-lərlə bağlanacaq müqavilələr bazarın tələblərinə uyğun qurulacaq və bu zaman meydana çıxan kommersiya münasibətləri bazar konyunkturasına uyğun olaraq tənzimlənəcək: "Bildiyiniz kimi, "Azərkosmos" ASC kommersiya təşkilatıdır və təşkilatın tətbiq etdiyi tariflər dövlət tərəfindən tənzimlənən tariflərə aid edilmir. Müvafiq olaraq tariflər bazar tələblərinə uyğun formalaşır".
SEYMUR
Baxış sayı: 1557
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı