Tarix:13/08/13
1981-ci il avqustun 12-də Amerikanın “International Business Machines” (IBM) şirkəti öz fərdi kompüterini – “IBM PC 5150” modelini təqdim edib. Sözügedən qəhvəyi rəngli adi plastik "qutu" ilk fərdi kompüter (FK) sayılmır: “Apple”, “Atari”, “Commodore” şirkətləri o vaxtadək artıq mikrokompüter adlanan aparat yaratmışdılar. Lakin məhz “5150” modeli ilə FK sənayesində inqilab başlanıb.
İstehsala yanaşma inqilabi olub: rəqiblərdən geri qalmamaq və xərclərin azaldılması üçün “IBM”-çilər müxtəlif tədarükçülərin komponentlərindən istifadə ediblər. Məsələn, mikroprosessoru “Intel” korporasiyası, “MS DOS” əməliyyat sistemini isə “Microsoft” şirkəti hazırlayıb. Nəticədə o dövr üçün rekord sayılan 12 ay müddətində tamamilə yeni FK yaradılıb və qiyməti 1500 dollar olub. Bu FK 4.77 takt tezlikli mikroprosessor və 16 kb yaddaşla təchiz olunmuşdu.
“IBM” korporasiyası 5 il müddətində təxminən 250 min kompüter satmağı planlaşdırırdı. Lakin gözləniləndən də böyük uğur əldə edilmişdi: yalnız birinci ayda 240 mindən çox FK satılmışdı. Standart dəstə, həmçinin klaviatura və rəngli qrafik adapter daxil idi. Əlavə pul ödəməklə monitor, printer, disket və yaddaş satın almaq mümkün idi. Çarli Çaplini müasir kompüter arxasında təsvir etmiş “PC 5150” modelinin orijinal reklamı satışların həcminin çox sürətlə artmasında böyük rol oynamışdı. Amerika şirkəti bu üsulla istifadəçilərə bildirmək istəyirdi ki, yeni fərdi kompüteri hər kəs öyrənə bilər.
O vaxtdan kompüter sənayesi mühüm dəyişikliklərə məruz qalıb. “IBM” şirkətinin fərdi kompüter bazarını tərk etməsi buna real sübutdur. Hazırda sözügedən şirkət, əsasən proqram təminatının hazırlanması ilə məşğuldur. 2005-ci ildə “IBM” FK istehsalı üzrə biznesini Çinin “Lenovo” şirkətinə satıb. Bununla da, FK bazarının ən yaxşı günlərinin keçmişdə qaldığını təsdiqləmiş olub.
“Gartner” şirkətinin hesablamalarına əsasən, 2013-cü ilin ikinci rübündə kompüterlərin qlobal tədarük həcmi 10,9% azalaraq 76 milyon olub. Analitik şirkət qeyd edib ki, bütün coğrafi regionlar üzrə satışların həcmi azalıb.
Fərdi kompüter satışlarının həcmi artıq beş rüb ardıcıl olaraq azalır ki, bu da sözügedən sahənin tarixində ən böyük azalmadır. İstifadəçilər məlumatlarla işləmək üçün getdikcə smartfon və planşetlər kimi mobil həllərdən istifadəyə üstünlük verirlər və bu, masaüstü kompüterlərin satışlarına təsir edir.
Analitiklər satışların həcminin azalmasını belə izah edirlər ki, FK artıq istifadəçiləri əvvəlki kimi cəlb etmir, çünki mobil həllər, məsələn, daha ucuz planşetlərdən də internetə, oyunlara və işçi məlumatlara çıxış imkanı əldə etmək olar. Bununla belə, “Gartner” və “IDC” analitik şirkətləri bildiriblər ki, yaxın gələcəkdə FK hələ istehsal ediləcək, çünki bir sıra fəaliyyət istiqamətləri onlara ehtiyac duyur.
“Gartner” şirkətinin proqnozuna əsasən, 2013-cü ildə masaüstü və noutbukların tədarük həcmi 10,6% azalacaq, halbuki planşetlərdə bu göstərici 67,9% artacaq.
Emil Hüseynov
“IBM” korporasiyasının ilk fərdi kompüter istehsalından 32 il keçir
Hazırda planetin əhalisinin əksəriyyəti öz həyatlarını internetdən istifadəyə, elektron məktublar yazmağa və qəbul etməyə, informasiya saxlamağa, musiqi dinləməyə, kino izləməyə, fotoşəkillər redaktə etməyə və digər məsələləri həll etməyə imkan verən fərdi kompüterlərsiz təsəvvür etmir.1981-ci il avqustun 12-də Amerikanın “International Business Machines” (IBM) şirkəti öz fərdi kompüterini – “IBM PC 5150” modelini təqdim edib. Sözügedən qəhvəyi rəngli adi plastik "qutu" ilk fərdi kompüter (FK) sayılmır: “Apple”, “Atari”, “Commodore” şirkətləri o vaxtadək artıq mikrokompüter adlanan aparat yaratmışdılar. Lakin məhz “5150” modeli ilə FK sənayesində inqilab başlanıb.
İstehsala yanaşma inqilabi olub: rəqiblərdən geri qalmamaq və xərclərin azaldılması üçün “IBM”-çilər müxtəlif tədarükçülərin komponentlərindən istifadə ediblər. Məsələn, mikroprosessoru “Intel” korporasiyası, “MS DOS” əməliyyat sistemini isə “Microsoft” şirkəti hazırlayıb. Nəticədə o dövr üçün rekord sayılan 12 ay müddətində tamamilə yeni FK yaradılıb və qiyməti 1500 dollar olub. Bu FK 4.77 takt tezlikli mikroprosessor və 16 kb yaddaşla təchiz olunmuşdu.
“IBM” korporasiyası 5 il müddətində təxminən 250 min kompüter satmağı planlaşdırırdı. Lakin gözləniləndən də böyük uğur əldə edilmişdi: yalnız birinci ayda 240 mindən çox FK satılmışdı. Standart dəstə, həmçinin klaviatura və rəngli qrafik adapter daxil idi. Əlavə pul ödəməklə monitor, printer, disket və yaddaş satın almaq mümkün idi. Çarli Çaplini müasir kompüter arxasında təsvir etmiş “PC 5150” modelinin orijinal reklamı satışların həcminin çox sürətlə artmasında böyük rol oynamışdı. Amerika şirkəti bu üsulla istifadəçilərə bildirmək istəyirdi ki, yeni fərdi kompüteri hər kəs öyrənə bilər.
O vaxtdan kompüter sənayesi mühüm dəyişikliklərə məruz qalıb. “IBM” şirkətinin fərdi kompüter bazarını tərk etməsi buna real sübutdur. Hazırda sözügedən şirkət, əsasən proqram təminatının hazırlanması ilə məşğuldur. 2005-ci ildə “IBM” FK istehsalı üzrə biznesini Çinin “Lenovo” şirkətinə satıb. Bununla da, FK bazarının ən yaxşı günlərinin keçmişdə qaldığını təsdiqləmiş olub.
“Gartner” şirkətinin hesablamalarına əsasən, 2013-cü ilin ikinci rübündə kompüterlərin qlobal tədarük həcmi 10,9% azalaraq 76 milyon olub. Analitik şirkət qeyd edib ki, bütün coğrafi regionlar üzrə satışların həcmi azalıb.
Fərdi kompüter satışlarının həcmi artıq beş rüb ardıcıl olaraq azalır ki, bu da sözügedən sahənin tarixində ən böyük azalmadır. İstifadəçilər məlumatlarla işləmək üçün getdikcə smartfon və planşetlər kimi mobil həllərdən istifadəyə üstünlük verirlər və bu, masaüstü kompüterlərin satışlarına təsir edir.
Analitiklər satışların həcminin azalmasını belə izah edirlər ki, FK artıq istifadəçiləri əvvəlki kimi cəlb etmir, çünki mobil həllər, məsələn, daha ucuz planşetlərdən də internetə, oyunlara və işçi məlumatlara çıxış imkanı əldə etmək olar. Bununla belə, “Gartner” və “IDC” analitik şirkətləri bildiriblər ki, yaxın gələcəkdə FK hələ istehsal ediləcək, çünki bir sıra fəaliyyət istiqamətləri onlara ehtiyac duyur.
“Gartner” şirkətinin proqnozuna əsasən, 2013-cü ildə masaüstü və noutbukların tədarük həcmi 10,6% azalacaq, halbuki planşetlərdə bu göstərici 67,9% artacaq.
Emil Hüseynov
Baxış sayı: 1189
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır