Tarix:13/08/13
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, 50 ildir istifadə edilən müasir üsul silisium lövhələrin kristalları üzərində tranzistorların sayının durmadan artmasını nəzərdə tutur. 1965-ci ildə “Intel” korporasiyasının həmtəsisçisi Qordon Mur bu cür yanaşmanı nəzəriyyə şəklinə salaraq bildirib ki, mikroprosessor kristalında tranzistorların sayı hər iki ildən bir iki dəfə artacaq. Bununla belə, "Mur qanunu"nda fiziki məhdudiyyətlərə görə hədd var: silisium yarımkeçiricilərin sayını sonsuz sayda artırmaq olmaz.
“ASML” şirkəti dərin ultrabənövşəyi (EUV) fotolitoqrafiya texnologiyasının köməkliyi ilə bu məhdudiyyəti aradan qaldırmağı təklif edib. Bu metod dalğasının uzunluğu təxminən 13 nm olan işıqdan istifadə edərək silisium lövhədə tranzistorlar "çap etmək”dən ibarətdir.
Şirkətdən bildirilib ki, o, EUV şüa nəticəsində 10 nanometrlik çip istehsal edə bilən stepper yaratmağa müvəffəq olub.
Emil Hüseynov
Yeni prosessor texnologiyası “Mur Qanunu”nu təkzib edir
“ASML” şirkətinin alimləri mikroprosessorların istehsalında istifadə edilən fotolitoqrafiyanın təkmilləşdirilmiş metodunun köməkliyi ilə daha yığcam çiplər istehsal etmək üsulu fikirləşiblər. İstehsalçılar artıq 2015-ci ilədək yeni texnologiyanı tətbiq edə bilərlər.“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, 50 ildir istifadə edilən müasir üsul silisium lövhələrin kristalları üzərində tranzistorların sayının durmadan artmasını nəzərdə tutur. 1965-ci ildə “Intel” korporasiyasının həmtəsisçisi Qordon Mur bu cür yanaşmanı nəzəriyyə şəklinə salaraq bildirib ki, mikroprosessor kristalında tranzistorların sayı hər iki ildən bir iki dəfə artacaq. Bununla belə, "Mur qanunu"nda fiziki məhdudiyyətlərə görə hədd var: silisium yarımkeçiricilərin sayını sonsuz sayda artırmaq olmaz.
“ASML” şirkəti dərin ultrabənövşəyi (EUV) fotolitoqrafiya texnologiyasının köməkliyi ilə bu məhdudiyyəti aradan qaldırmağı təklif edib. Bu metod dalğasının uzunluğu təxminən 13 nm olan işıqdan istifadə edərək silisium lövhədə tranzistorlar "çap etmək”dən ibarətdir.
Şirkətdən bildirilib ki, o, EUV şüa nəticəsində 10 nanometrlik çip istehsal edə bilən stepper yaratmağa müvəffəq olub.
Emil Hüseynov
Baxış sayı: 710
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır