12px13px15px17px
Tarix:13/08/13

2017-ci ildə İT təhlükəsizliyinin təmini üçün 30,1 milyard dollar xərclənəcək


"Canalys" analitik şirkətinin ekspertləri 2017-ci ilədək informasiya təhlükəsizliyinin təmini üçün dünya həllər bazarının həcminin ildə orta hesabla 7 faiz artaraq dövrün sonuna 30,1 milyard dollara çatacağını proqnozlaşdırırlar.

Bununla yanaşı, qeyd edilir ki, hətta şirkətlərin İT xərclərini azaltdığı mürəkkəb iqtisadi vəziyyətdə belə informasiya təhlükəsizliyinin təmini üçün həllərə yatırılan sərmayələrin həcmi azalmır, çünki bu istiqamət biznes üçün prioritet əhəmiyyətə malikdir.

Coğrafi baxımdan vəziyyəti təhlil edən mütəxəssislər qərara gəliblər ki, Asiya-Sakit okean regionunda İT təhlükəsizliyinin təmini üçün həllər bazarının həcmi 2013-cü ildə 9 faiz artacaq. Tərəqqiyə iri iqtisadi zonalarda – Çin, Hindistan, Yaponiya və bir sıra digər ölkələrdə İT təhlükəsizliyinə xərclərin artırılması öz töhfəsini verir.
Analitiklər güman edirlər ki, yaxın 5 ildə İT təhlükəsizliyinin təmini üçün həllər bazarının sürətlə artan seqmenti orta səviyyəli biznes müəssisələri olacaq (ştatı 100-499 nəfərdən ibarət müəssisələr). Bu şirkətlər İT büdcəsini formalaşdıran zaman İT təhlükəsizliyi üçün xərclərə birinci dərəcəli əhəmiyyət verirlər, - deyə ekspertlər qeyd edir.

"Canalys"ın qiymətləndirməsinə əsasən, 2012-ci ildə orta biznes seqmentində İT təhlükəsizliyi üzrə dünya həllər bazarının həcmi 5,97 milyard dollar təşkil edib. Cari ildə bu göstəricinin 6,44 milyard dollaradək artacağı, daha 4 il sonra 8,5 milyard dollara çatacağı gözlənilir. Beləliklə, analitiklərin hesablamalarına əsasən, 2012-2017-ci illərdə orta illik artım tempi təxminən 7,3 faiz təşkil etməlidir, - "DailyComm www.dailycomm.ru" yazır.   



Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024