12px13px15px17px
Tarix:14/08/13

Dünyada LTE şəbəkələrinin sayı 184-ə çatıb

 
2013-cü il iyulun sonuna olan vəziyyətə görə, dünyada fəaliyyət göstərən “Long Term Evolution” (LTE) - uzunmüddətli inkişaf şəbəkələrinin sayı 184 ədədə çatıb. Bu barədə “Informa Telecoms & Media” tədqiqat şirkətinin məlumatında deyilir.

Şirkətin məlumatına əsasən, daha 159 şəbəkə planlaşdırma və ya tikilmə mərhələsindədir. Bundan əvvəl “4G Americas” Telekommunikasiya Avadanlığı Tədarükçüləri Assosiasiyası 2013-cü ilin əvvəlində dünyada 150 operatorun LTE şəbəkələrini kommersiya istismarına verməsini bildirib.  

“Informa” analitikləri güman edirlər ki, 2018-ci ilin sonunadək dünyada LTE şəbəkəsi abunəçilərinin sayı 1,36 milyard təşkil edəcək. 53 ölkənin 90-dan çox operatoru artıq LTE şəbəkələrini 1800 MHs diapazonunda istismara verib və ya 2015-ci ilədək istifadəyə verməyi planlaşdırır. Məlumata görə, “Vodafone”, “Orange” və “T-Mobile” daxil olmaqla bir sıra nəhəng operatorlar müxtəlif regionlarda məhz bu diapazonda şəbəkə qurmağı nəzərdə tutur.

Şirkət nümayəndələri qeyd edirlər ki, ötən il 1800 MHs diapazonundan istifadə kəskin artıb, çünki sözügedən diapazon geniş əhatəni təmin etməyə və artıq operatorlar tərəfindən istifadə olunan tezliklərdən yararlanmağa imkan verir. 

Qeyd edək ki, İngiltərənin “Informa Telecoms & Media” tədqiqat şirkəti dünya telekommunikasiya bazarının tədqiqi ilə məşğul olur, - “Digit www.digit.ru” yazır.






Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024