12px13px15px17px
Tarix:15/08/13

Rolan Kobia Azərbaycanın İKT sahəsində təcrübəsini Avropa İttifaqı ilə bölüşməsini xahiş edib


 
Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia ilə görüşüb.

Görüş çərçivəsində ölkədə dördillik  missiyasını başa çatdıran R. Kobia qeyd edib ki, o, Azərbaycanda fəaliyyəti müddətində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda genişmiqyaslı işlər  görüldüyü və müsbət nəticələr əldə edildiyinin şahidi olub.

R. Kobia, Avropa İttifaqı məkanına qonşu olan ölkələr arasında Azərbaycanın İKT-nin inkişafı üzrə  regionda ən qabaqcıl  ölkələrdən biri olduğunu, Aİ-nin bu inkişafı diqqətlə izlədiyini və gələcək planların həyata keçirilməsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə mütəxəssis dəstəyi göstərməsinə belə hazır olduğunu bildirib.

R. Kobia son on il ərzində ölkəmizin İKT sahəsində həyata keçirdiyi  uğurlu  transformasiya siyasətindən "Şərq Tərəfdaşlığı" proqramı  çərçivəsində digər ölkələrin də bəhrələnməsi üçün  Azərbaycanın öz təcrübəsini Avropa İttifaqı ilə bölüşməsini xahiş edib.

Nazir Ə. Abbasov öz növbəsində Avropa İttifaqının təsisatları ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sıx əməkdaşlıq etdiyini, daim fikir və təcrübə mübadiləsinin aparıldığını qeyd edib.
Nazir  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin,  Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq  ölkədə elmə əsaslanan iqtisadiyyatın formalaşdırılması, gələcək  10 il ərzində İKT gəlirlərinin neft və qaz sahəsində əldə edilən gəlirlərin səviyyəsinə çatdırılması kimi perspektiv planları olduğunu açıqlayıb.



Baxış sayı: 754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024