Tarix:15/08/13
Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu ilə Türkmənistan Seysmologiya İnstitutu arasında əməkdaşlıq haqda müqavilənin layihəsi müzakirə olunur.
"ICTnews" xəbər xidmətinin Türkmənistanın Seysmologiya İnstitutuna istinadən verdiyi məlumata əsasən, müqavilə iki ölkənin Türkmənistanın ərazisində eksperimental araşdırmaların aparılması üçün nəzərdə tutulmuş seysmo-akustik stansiyanın yaradılmasını nəzərdə tutur.
Türkmənistan onunla sərhəddə yerləşən İran, Özbəkistan, Qazaxıstan və Azərbaycanla seysmologiya sahəsində əməkdaşlığı çox vacib hesab edir, çünki min kilometrlərlə hesablanan seysmoaktiv regionlar istisna hallarda bir ölkənin ərazisində yerləşir. Türkmənistan alimləri hesab edirlər ki, bu regionun ölkələri seysmogeodinamik inkişaf vahidliyi ilə seçilir.
Onların fikrincə, Azərbaycanda fəaliyyət göstərən RNM ASP seysmoakustik stansiya zəlzələlərin vaxtında müəyyən edilməsi və qarşısını alması üzrə ən innovativ stansiyalardan biridir. Azərbaycan Türkmənistana, istifadə etdiyi beş RNM ASP stansiyalarından birini təqdim etməyə hazır olduğunu bildirib.
Türkmənistan, paralel olaraq, Rusiya, Belarus, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin seysmologiya sahəsində nailiyyətləri ilə tanış olur.
Aynur Vəliyeva
Azərbaycanla Türkmənistan arasında seysmologiya sahəsində əməkdaşlıq haqda sənəd imzalanacaq

Baxış sayı: 626
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır