12px13px15px17px
Tarix:15/08/13

“E-hökumət” istiqamətində 2 maarifləndirmə kursu keçirilib

Bu il «İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində “E-hökumət” istiqamətində maarifləndirmə kursları təşkil edilib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev məlumat verib.

Onun sözlərinə görə, indiyədək 2 kurs həyata keçirilib və bundan sonra da növbəti kursların reallaşdırılması nəzərdə tutulub. İ.Əliyev qeyd edib ki, keçirilən kurslara böyük maraq olub və təlimlərdə iştirak edənlərə “elektron hökumət”in üstünlükləri sadalanıb. Bildirilib ki, insanların vaxtlarına və xərclərinə qənaət edilməsi, evdən çıxmadan dövlətin göstərdiyi xidmətlərdən yararlanmaq, rəhbər şəxslərlə birbaşa əlaqə qurmaq, hökumətin gördüyü işlərlə bağlı operativ şəkildə məlumat almaq, “e-imza”dan istifadə edərək tam hüquqi əsası olan sənədləri imzalamaq və sair əməliyyatları “Elektron hökumət” vasitəsilə çox asanlıqla həyata keçirmək mümkündür.

Məlumat üçün bildirək ki, bu istiqamətdə işlərin aparılması 2013-cü ilin «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə təsdiq edilən tədbirlər planına daxildir.

SEYMUR
 



Baxış sayı: 1040

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024