Tarix:15/08/13
Nazir qeyd edib ki, bu gün, demək olar ki, bütün müstəqil dövlətlər sülhün və sabitliyin qorunması, eləcə də sosial-iqtisadi rifahın və mədəni zənginliyin təmin olunması kimi müasir çağırışlarla üzləşirlər. Şübhəsiz ki, heç bir dövlət kollektiv cəlb olunma və çevik addımlar tələb edən mürəkkəb problemlərin qarşısını təkbaşına ala bilməz. Azərbaycan səylərimizin birləşdirilməsini bu cür çağırışların vaxtında və effektiv cavablandırılması üçün önəmli vasitə hesab edir: "Müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətini azaltmadan, hesab edirik ki, əsas diqqətimiz iqtisadi əlaqələrin gücləndirilməsinə, xüsusilə üzv dövlətlər arasındakı qarşılıqlı ticarətin və investisiya axınlarının artırılması, ortaq müəssisələrin yaradılması və birgə layihələrin həyata keçirilməsinə dəstək verilməsinə yönəldilməlidir".
E.Məmmədyarov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, regional əlaqələndirmənin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığın təbliği məqsədi ilə göstərdiyimiz səylərin bir hissəsi kimi, BMT Baş Assambleyasının hazırkı sessiyası çərçivəsində qəbul olunması üçün Azərbaycan tərəfindən "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamə layihəsi irəli sürülüb:
"Bu sənəd layihəsi "Trans-Avrasiya İnformasiya Super Magistralı" haqda 67/194 saylı qətnamənin davamıdır və davamlı inkişaf üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) istifadəsi sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün bir platforma kimi Avrasiya Bağlantı İttifaqının təsis olunması təklifini nəzərdə tutur. Biz türkdilli ölkələrin "TASİM" layihəsinə göstərdikləri dəstəyi yüksək qiymətləndirir və Avrasiya Bağlantı İttifaqının təsis olunması istiqamətində birgə əməkdaşlığımızın davamlı şəkildə həyata keçiriləcəyinə əminliyimizi bildiririk. Azərbaycan tərəfi Təşkilatın Katibliyinin fəaliyyətini dəstəkləyir və Təşkilatın Katibliyindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının inkişaf strategiyasının hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutan yeni və əsaslı təkliflər gözləyir".
Seymur Qasımbəyli
Azərbaycan BMT-də qəbul olunması üçün “Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə” ilə bağlı qətnamə layihəsi irəli sürüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub. Bu barədə "ICTnews.az"-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.Nazir qeyd edib ki, bu gün, demək olar ki, bütün müstəqil dövlətlər sülhün və sabitliyin qorunması, eləcə də sosial-iqtisadi rifahın və mədəni zənginliyin təmin olunması kimi müasir çağırışlarla üzləşirlər. Şübhəsiz ki, heç bir dövlət kollektiv cəlb olunma və çevik addımlar tələb edən mürəkkəb problemlərin qarşısını təkbaşına ala bilməz. Azərbaycan səylərimizin birləşdirilməsini bu cür çağırışların vaxtında və effektiv cavablandırılması üçün önəmli vasitə hesab edir: "Müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətini azaltmadan, hesab edirik ki, əsas diqqətimiz iqtisadi əlaqələrin gücləndirilməsinə, xüsusilə üzv dövlətlər arasındakı qarşılıqlı ticarətin və investisiya axınlarının artırılması, ortaq müəssisələrin yaradılması və birgə layihələrin həyata keçirilməsinə dəstək verilməsinə yönəldilməlidir".
E.Məmmədyarov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, regional əlaqələndirmənin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığın təbliği məqsədi ilə göstərdiyimiz səylərin bir hissəsi kimi, BMT Baş Assambleyasının hazırkı sessiyası çərçivəsində qəbul olunması üçün Azərbaycan tərəfindən "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamə layihəsi irəli sürülüb:
"Bu sənəd layihəsi "Trans-Avrasiya İnformasiya Super Magistralı" haqda 67/194 saylı qətnamənin davamıdır və davamlı inkişaf üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) istifadəsi sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün bir platforma kimi Avrasiya Bağlantı İttifaqının təsis olunması təklifini nəzərdə tutur. Biz türkdilli ölkələrin "TASİM" layihəsinə göstərdikləri dəstəyi yüksək qiymətləndirir və Avrasiya Bağlantı İttifaqının təsis olunması istiqamətində birgə əməkdaşlığımızın davamlı şəkildə həyata keçiriləcəyinə əminliyimizi bildiririk. Azərbaycan tərəfi Təşkilatın Katibliyinin fəaliyyətini dəstəkləyir və Təşkilatın Katibliyindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının inkişaf strategiyasının hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutan yeni və əsaslı təkliflər gözləyir".
Seymur Qasımbəyli
Baxış sayı: 717
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır