Tarix:15/08/13
Beş ictimai birliyin birləşdiyi "Gənclər Koalisiyası" Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda gənclərin fəal iştirakçılığının təmin edilməsi və vətəndaş cəmiyyəti strukturlarını cəlb etməklə bu fəaliyyətin həyata keçirilməsinin effektivliyinin artırılması" layihəsinin icrasına start verib.
"ICTnews" xəbər xidmətinin məlumatına görə, bu barədə Şuranın informasiya portalı xəbər yayıb. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı və 2012-2015-ci illər üçün korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı dövlət tərəfindən mütəmadi tədbirlər keçirilərək, ciddi addımlar atılır. Lakin regionlarda əhalinin məlumatlılıq səviyyəsinin az olması vətəndaşların qərar qəbulu prosesində zəif iştirakına səbəb olur.
Bu mənada, koalisiya layihənin icrası zamanı, ölkədə Açıq Hökumətin təşviqi ilə bağlı «Elektron hökumət», «Bir pəncərə sistemi» və «Elektron imza» ilə bağlı maarifləndirmə apararaq, bu proseslərdə region gənclərinin iştirakını stimullaşdırmağa çalışacaqlar.
Layihə çərçivəsində ölkənin Qərb bölgəsində və Bakının bir neçə rayonunda maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulur.
SEYMUR
«Elektron hökumət» və «Elektron imza» istiqamətində maarifləndirmə ilə bağlı daha bir layihəyə start verilib

Baxış sayı: 1050
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib