12px13px15px17px
Tarix:16/08/13

“Skype” proqram təminatı “Windows 8.1” əməliyyat sisteminə daxil ediləcək


"Microsoft" korporasiyasından verilən məlumata əsasən, "Skype" proqram təminatı "Windows 8.1" əməliyyat sisteminin standart tədarük  dəstinə daxil ediləcək.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Amerika şirkəti "Skype" proqram təminatını 2011-ci ildə satın alıb, lakin o vaxtdan "Microsoft" sözügedən proqram təminatını öz məhsullarına kifayət qədər ehtiyatla inteqrasiya edirdi, çünki Amerika şirkəti hər hansı narahatçılığın yaranmasından çəkinirdi.

"Hazırda 300 milyondan çox insan ünsiyyət üçün "Skype" proqram təminatından istifadə edir. "Skype" proqram təminatı "Windows 8.1" əməliyyat sisteminə öncədən daxil ediləcək" – "Microsoft" şirkətinin nümayəndəsi  Rayen Qevin deyib.

Qeyd edək ki, "Windows 8.1" ƏS-nin çıxarılması oktyabrın 18-nə nəzərdə tutulub.

Emil Hüseynov



Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024