12px13px15px17px
Tarix:20/08/13

İnformasiya Texnologiyaları Universitetinə qeydiyyat başladı


İnformasiya Texnologiyaları Universitetinə qəbul olanlar bu gündən (20 avqust) etibarən qeydiyyatdan keçərək sənədlərini təsdiq etdirə bilərlər.

Bunun üçün attestat, şəxsiyyət vəsiqəsi, 4 ədəd (3x4) fotoşəkil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının virtual ödəmə kartı, istifadəçi adı və şifrəsi, "məcburi köçkün" statusunu təsdiq edən vəsiqə (mövcud olduğu halda) tələb olunur.

Qeydiyyatın aparılması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən səlahiyyətli nümayəndələr təyin edilib.

Qeydiyyat avqust ayının 29-na qədər davam edəcək.

Qeyd edək ki, İnformasiya Texnologiyaları Universitetinə daxil olan tələbələrin qeydiyyatı və ingilis dili hazırlığının tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılır (Ünvan: AZ1008 Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küç., 11)



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024