12px13px15px17px
Tarix:19/08/13

Meksikalı milyarder peykin yaradılmasına 400 milyon dollar yatırır


Braziliyanın “Star One” peyk şirkətinin sahibi meksikalı milyarder Karlos Slim yeni peykin yaradılmasına 400 milyon dollar yatırmağı planlaşdırır. Peyk artıq 2016-cı ilin əvvəlində orbitə çıxmaqla bütün Cənubi Amerikada genişzolaqlı internetə çıxışı təmin edəcək.

Bundan başqa, peykin imkanlarından Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında da istifadə olunacaq.

Qeyd edək ki, Karlos Slimə məxsus “America Movil” telekommunikasiya holdinqi təkcə Meksika və Braziliyada deyil, həm də digər əksər Cənubi Amerika ölkələrində rabitə bazarına tam nəzarət edir.

Cari ilin mayında meksikalı iş adamı “Bloomberg” şirkətinin ən varlı milyarderlər reytinqində ikinci yeri tutub. Onun varidatı 72 milyard dollar qiymətləndirilir. Birinci yerə meksikalıdan 550 milyon dollar dövlətli olan “Microsoft” korporasiyasının yaradıcısı Bill Qeyts layiq görülüb, - “IT Expert www.itexpert.org.ua” yazır.  
 



Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024