Tarix:20/08/13
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “ISO 27001” informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikat almaq üçün hazırlıq işlərini başa çatdırır.
MHM-in direktoru Nail Mərdanovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda mərkəzdə beynəlxalq təhlükəsizlik standartına uyğunluq üzrə daxili audit keçirilir.
“Bu, çox mürəkkəb və uzunmüddətli bir layihədir və adətən “ISO 27001” informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikasiya prosesi 1-1,5 il davam edə bilər. Biz ümid edirik ki, bu ilin sonuna kimi sertifikasiya öncəsi keçiriləcək beynəlxalq auditor yoxlaması həyata keçiriləcək”, - deyə o bildirib.
Xatırladaq ki, bu gün MHM-in artıq keyfiyyət menecmentinin idarəetməsi üzrə beynəlxalq sertifikatı var, bu audit isə mərkəzə məlumat təhlükəsizliyi üzrə sertifikat almağa imkan verəcək.
Aynur Vəliyeva
MHM-in beynəlxalq informasiya təhlükəsizliyi standartlarına uyğunluğu üzrə auditi bu ilin sonunadək başlayacaq
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “ISO 27001” informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikat almaq üçün hazırlıq işlərini başa çatdırır.
MHM-in direktoru Nail Mərdanovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda mərkəzdə beynəlxalq təhlükəsizlik standartına uyğunluq üzrə daxili audit keçirilir.
“Bu, çox mürəkkəb və uzunmüddətli bir layihədir və adətən “ISO 27001” informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikasiya prosesi 1-1,5 il davam edə bilər. Biz ümid edirik ki, bu ilin sonuna kimi sertifikasiya öncəsi keçiriləcək beynəlxalq auditor yoxlaması həyata keçiriləcək”, - deyə o bildirib.
Xatırladaq ki, bu gün MHM-in artıq keyfiyyət menecmentinin idarəetməsi üzrə beynəlxalq sertifikatı var, bu audit isə mərkəzə məlumat təhlükəsizliyi üzrə sertifikat almağa imkan verəcək.
Aynur Vəliyeva
Baxış sayı: 944
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı