12px13px15px17px
Tarix:20/08/13

Ağdamda e-imza alanların sayı 200-ə çatıb

Ağdam Poçt Filialının  Quzanlı, Xındırıstan, Qaradağlı poçt şöbələri və  "Dörtyol-1" poçt agentliyi "Colvir" proqramına qoşulub. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə  filialın rəisi Elbrus Hüseynov məlumat verib. Onun sözlərinə görə, ilin sonuna kimi filialın bütün poçt şöbələri bu proqrama qoşulacaq. "Colvir" proqramına qoşulmuş şöbələrdə Qaz, Enerji, Su, DYP, Vergi haqlarının rüsumları qəbul olunur. 
           
 Qeyd edək ki, poçt şöbələrində məktub, bağlama  və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı həyata keçirilir. Bank maliyyə xidmətlərinin göstərilməsinə hər cür şərait vardır. MXŞ-də "Western Union", "Contakt", "Miqom", "Zolotaya korona" beynəlxalq pulköçürmələri əməliyyatları aparılır. Filialda bundan sonra da xeyli işlərin görülməsi nəzərdə tutulur.

Elbrus Hüseynovun sözlərinə görə, bu il 200 nəfər elektron imza əldə edib. "Bu işin təşkili üçün istər hüquqi, istərsə də fiziki şəxslər arasında geniş təbliğat işləri aparılır".
 
RƏVAN
 



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024