12px13px15px17px
Tarix:20/08/13

“Chrome” brauzerinə valideyn nəzarəti funksiyası quraşdırılacaq

"Google" şirkəti "Chrome" brauzerində "nəzarət edilən hesablar" funksiyasını təqdim etməyi planlaşdırır. Sözügedən yenilik sayəsində valideynlər uşaqlarının internetdəki davranışına nəzarət edəcək və müəyyən kateqoriyaya aid saytlara girişi məhdudlaşdıracaq.

Çox güman ki valideyn nəzarəti funksiyası "Chrome OS" əməliyyat sistemi ilə işləyən xrombuk kompüterlərinə quraşdırılacaq.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, internet nəhəngi hazırda yeni funksiyanı təkmilləşdirir, ona görə də "Chrome" brauzerində valideyn nəzarəti funksiyasının məhz necə olacağını əvvəlcədən demək olmaz.

Emil Hüseynov
 



Baxış sayı: 677

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024