Tarix:20/08/13
İnformasiya Texnologiyaları İnstitutundan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, kurslar Ağstafada Heydər Əliyev Mərkəzində müasir kompüter və avadanlıqlarla təchiz edilmiş siniflərdə aparılıb.
Təlimə Ağstafa rayonu və kəndlərinin orta ümumtəhsil məktəblərinin 40 informatika və fənn müəllimi, müəssisələr üzrə 25 mütəxəssis cəlb edilib. Tədris zamanı "İnformatika" fənni üzrə nəzəri və praktiki biliklər aşılanıb.
Birinci mərhələsi başa çatmış layihənin daha 2 mərhələdə keçiriləcəyi və sonda biliklərin xüsusi test proqramı ilə sertifikatlaşdırılacağı nəzərdə tutulur.
Xatırladaq ki, kurslar 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsilə bağlı Tədbirlər Planında regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi planları çərçivəsində keçirilib.
Layihənin məqsədi bu rayonda İKT sahəsində milli kadrların hazırlanması, mütəxəssislərin və ümumtəhsil müəssisələrində çalışan müəllimlərin müasir İKT texnologiyalarının öyrənilməsində potensialının artırılmasıdır.
Aynur Vəliyeva
Ağstafada İKT üzrə kurslar keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinin iştirakı ilə avqustun 5-dən 15-dək Ağstafada müəllimlər və müəssisələrin İT mütəxəssisləri üçün təlim kursları keçirilib.İnformasiya Texnologiyaları İnstitutundan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, kurslar Ağstafada Heydər Əliyev Mərkəzində müasir kompüter və avadanlıqlarla təchiz edilmiş siniflərdə aparılıb.
Təlimə Ağstafa rayonu və kəndlərinin orta ümumtəhsil məktəblərinin 40 informatika və fənn müəllimi, müəssisələr üzrə 25 mütəxəssis cəlb edilib. Tədris zamanı "İnformatika" fənni üzrə nəzəri və praktiki biliklər aşılanıb.
Birinci mərhələsi başa çatmış layihənin daha 2 mərhələdə keçiriləcəyi və sonda biliklərin xüsusi test proqramı ilə sertifikatlaşdırılacağı nəzərdə tutulur.
Xatırladaq ki, kurslar 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsilə bağlı Tədbirlər Planında regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi planları çərçivəsində keçirilib.
Layihənin məqsədi bu rayonda İKT sahəsində milli kadrların hazırlanması, mütəxəssislərin və ümumtəhsil müəssisələrində çalışan müəllimlərin müasir İKT texnologiyalarının öyrənilməsində potensialının artırılmasıdır.
Aynur Vəliyeva
Baxış sayı: 663
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır