12px13px15px17px
Tarix:22/08/13

Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək

Bakıda avqustun 23-də beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanın milli "*.az" domeninin 20 illiyinə həsr edilmiş konfrans keçiriləcək.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə "ICANN"-ın (Internet Corporation for Assigned Names and Numbers) və həmçinin Ukrayna və Rusiya milli domen inzibatçılarının rəhbərlərinin və nümayəndələrinin iştirakı gözlənilir.

Azərbaycan MDB məkanında Ukraynadan sonra milli domenini qeydiyyata almış ikinci dövlət olub. Ötən dövr ərzində Azərbaycanın milli "*.az" domeninin inzibatçısı "İntrans" şirkəti 5 yerli və 7 xarici  qeydiyyatçı şirkət ilə əməkdaşlıq qurub.

Eyni zamanda şirkət, domen adlarının beynəlmiləlləşdirilməsi üzrə çoxdilli sistemin həyata keçirilməsi (IDN) "whois" vahid milli servis sisteminin yaradılması, qeydiyyat qiymətinin və texniki dəstəyin beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanı dünya təhlükəsiz internet sisteminin bir hissəsi edən "L-root DNS" özək serverinin Azərbaycanda işə salınması, domenlərin qeydiyyatı üzrə avtomatlaşdırılmış sistemin hazırlanması layihələrinin həyata keçirilməsinə nail olub.

Nəticə olaraq bu dövr ərzində "*.az" domen zonasında 20 min domen qeydiyyatdan keçib, onların 39% (7760 domen) müxtəlif təşkilatlar, qalan hissəsi isə fərdi şəxslər tərəfindən qeydiyyata alınıb. Son on il ərzində milli domenlərin sayı 5 dəfəyədək artıb, 2009-cu ildən etibarən isə domen sayının intensiv artımı müşahidə olunur.
Növbəti mərhələdə şirkət servislərin işə salınması, o cümlədən domenlərin itirilməsi hallarının qarşısını almaq üçün istifadəçilərə SMS və elektron bildirişlərin göndərilməsi, SMS vasitəsilə "whois" servisinin işə salınması, domen sahibləri üçün domenlərini idarə etmək və bildirişlərini sazlamaq üçün nəzərdə tutulan "Şəxsi kabinet"in, "Domenlərin müddətinə nəzarət" sisteminin yaradılmasını nəzərdə tutub.

Xatırladaq ki, "İntrans" şirkəti milli "*.az" domen zonasında inzibatçı fəaliyyətinə 1993-cü il avqustun 25-dən etibarən başlayıb.

Aynur Vəliyeva
 




Baxış sayı: 477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Oktyabr 2019

19 10 2019

19/10/19
“İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı təşkil edilib

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologi

19/10/19
Saxta xəbərlər yazan neyroşəbəkə yaradılıb

Vaşinqton Universiteti və süni intellektin tədqiqi ilə məşğul olan Allen adına İnstitut yalan xəbərlər ya

19/10/19
Vatikanda “ağıllı” təsbeh yaradılıb (VİDEO)

Vatikanda müasir texnologiya və qurğuları sevən gənc katoliklərin kilsəyə cəlb edilməsi məqsədilə “ağıllı

19/10/19
“Apple” ən bahalı brend olaraq qalır

Əqli mülkiyyətin qiymətləndirilməsində ixtisaslaşan “Interbrand” beynəlxalq konsaltinq şirkəti dünyanın ə