Tarix:22/08/13
"Google Maps" rəsmi bloqunun məlumatına görə, şirkət "Waze"in məlumatlarını öz xəritəsi ilə inteqrasiya etmək qərarına gəlib. İndi "Google" xəritələrindən yararlanan istifadəçilər real vaxt rejimində tıxac, hərəkətin dayanması, yol işləri və yol nəqliyyat hadisələri haqqında "Waze" istifadəçiləri tərəfindən əlavə olunan məlumatları görə bilmək imkanı əldə ediblər.
"Google"un mobil versiya xəritələrindəki yeni məlumatlardan ABŞ, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya, eləcə də bəzi Cənubi Amerika ölkələrinin istifadəçiləri yararlana biləcək.
Qeyd edək ki, mənzil-qərargahı İsraildə yerləşən "Waze" servisi "Android", "iOS" və "Windows Phone" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfon sahiblərinə real vaxt rejimində avtomobil yollarında vəziyyəti izləməyə və bundan asılı olaraq təyinat məntəqəsinə marşrutu müəyyənləşdirməyə imkan verir.
Cari ilin iyununda "Google" tərəfindən 1 milyard dollara satın alınan servisin xidmətlərindən daima dünyada ümumilikdə təxminən 50 milyon istifadəçi yararlanır, - "Lenta www.lenta.ru" yazır.
Xəritələrdə tıxaclar və yol nəqliyyat hadisələri haqqında məlumatları əlavə edəcək
"Android" və "iOS" əməliyyat sistemli mobil qurğular üçün "Google Maps" mobil əlavə istifadəçiləri indi "Waze" sosial naviqasiya əlavəsinin məlumatlarından yararlana biləcək."Google Maps" rəsmi bloqunun məlumatına görə, şirkət "Waze"in məlumatlarını öz xəritəsi ilə inteqrasiya etmək qərarına gəlib. İndi "Google" xəritələrindən yararlanan istifadəçilər real vaxt rejimində tıxac, hərəkətin dayanması, yol işləri və yol nəqliyyat hadisələri haqqında "Waze" istifadəçiləri tərəfindən əlavə olunan məlumatları görə bilmək imkanı əldə ediblər.
"Google"un mobil versiya xəritələrindəki yeni məlumatlardan ABŞ, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya, eləcə də bəzi Cənubi Amerika ölkələrinin istifadəçiləri yararlana biləcək.
Qeyd edək ki, mənzil-qərargahı İsraildə yerləşən "Waze" servisi "Android", "iOS" və "Windows Phone" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfon sahiblərinə real vaxt rejimində avtomobil yollarında vəziyyəti izləməyə və bundan asılı olaraq təyinat məntəqəsinə marşrutu müəyyənləşdirməyə imkan verir.
Cari ilin iyununda "Google" tərəfindən 1 milyard dollara satın alınan servisin xidmətlərindən daima dünyada ümumilikdə təxminən 50 milyon istifadəçi yararlanır, - "Lenta www.lenta.ru" yazır.
Baxış sayı: 1413
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib