Tarix:22/08/13
"ICTnews" xəbər xidmətinin məlumatına görə, İcbari Sığorta Bürosu tərəfindən avqust ayından etibarən “İcbari sığortalar haqqında” qanunun informasiya sisteminin sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə vasitəsilə təsdiqləyici bilgi almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməsi ilə bağlı 34-3.4-cü maddəsinin icrası təmin edilib.
Bundan sonra “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Sərnişinlərin icbari fərdi qəza sığortası” üzrə sığorta müqaviləsini bağlayarkən sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə müqavilənin təsdiqi ilə bağlı məlumatları (sığorta şirkətinin adı, müqavilənin müddəti, müqavilənin nömrəsi, həmçinin sığorta haqqı) əks etdirən SMS bildiriş göndəriləcək.
Həmçinin, sığortalı İcbari Sığorta Bürosunun informasiya sistemində olan məlumatlar əsasında sığorta müqaviləsinin ləğvi, xitamı və müqavilənin başa çatma tarixinə 15 gün qalmış onun etibarlılıq müddətinin bitməsi haqqında SMS bildiriş alacaqdır. Azərbaycanda fəaliyyət göstərən hər üç mobil operatorun abonentləri bu xidmətdən yararlanmaqda çətinlik çəkməyəcəklər. Onu da bildirək ki, sözügedən xidmət ödənişsizdir.
SEYMUR
İcbari sığorta sistemində də SMS məlumatlandırma sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın icbari sığorta sistemində də ismarıcla məlumatlandırma sisteminin tətbiqinə başlanılıb."ICTnews" xəbər xidmətinin məlumatına görə, İcbari Sığorta Bürosu tərəfindən avqust ayından etibarən “İcbari sığortalar haqqında” qanunun informasiya sisteminin sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə vasitəsilə təsdiqləyici bilgi almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməsi ilə bağlı 34-3.4-cü maddəsinin icrası təmin edilib.
Bundan sonra “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Sərnişinlərin icbari fərdi qəza sığortası” üzrə sığorta müqaviləsini bağlayarkən sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə müqavilənin təsdiqi ilə bağlı məlumatları (sığorta şirkətinin adı, müqavilənin müddəti, müqavilənin nömrəsi, həmçinin sığorta haqqı) əks etdirən SMS bildiriş göndəriləcək.
Həmçinin, sığortalı İcbari Sığorta Bürosunun informasiya sistemində olan məlumatlar əsasında sığorta müqaviləsinin ləğvi, xitamı və müqavilənin başa çatma tarixinə 15 gün qalmış onun etibarlılıq müddətinin bitməsi haqqında SMS bildiriş alacaqdır. Azərbaycanda fəaliyyət göstərən hər üç mobil operatorun abonentləri bu xidmətdən yararlanmaqda çətinlik çəkməyəcəklər. Onu da bildirək ki, sözügedən xidmət ödənişsizdir.
SEYMUR
Baxış sayı: 702
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır