Tarix:22/08/13
“Hazırda “Azerspace-1” telekommunikasiya peyki üzərindən Azərbaycanda fəaliyyət göstərən internet televiziyalar yayımlanmır. Lakin “Azərkosmos” ASC-yə indiyədək İnternet TV-lər tərəfindən bir neçə təklif daxil olub”.
Bu barədə "ICTnews" xəbər xidmətinə “Azərkosmos” ASC-nin mətbuat xidmətindən bildirilib. ASC-dən bildirilib ki, internet televiziyaların peyk üzərindən yayımlanması məsələsində bir məqama diqqət yetirmək lazımdır: “İnternet TV kanalı peyklə yayıma qoşulduqdan sonra artıq sırf İnternet TV olmaq xüsusiyyətini itirir.
Ümumiyyətlə isə, peyklə yayıma qoşulmaq üçün ilk olaraq İnternet TV fəaliyyət göstərdiyi ölkənin müvafiq televiziya yayımını lisenziyalaşdırma qurumu tərəfindən ona verilmiş lisenziyasını təqdim etməlidir. Həmçinin istənilən televiziya kanalı (internet və ya digər) peyk üzərindən yayıma qoşulmaqdan ötrü müvafiq texniki imkanlara və avadanlıqlara da sahib olmalıdır və bu, kanalların öz məsuliyyətinə düşən bir məsələdir”.
“Peyk üzərindən İnternet TV-nin yayımı ilə digər bütün ölkə üzrə yayımlanan TV-lərin yayım tariflərində fərqlər ola bilərmi” sualına isə ASC-dən belə cavab verilib: “Ümumiyyətlə, “Azərkosmos” ASC kommersiya təşkilatı olduğundan, qiymət məsələsi müştərilərlə tələb-təklif münasibətləri çərçivəsində və bazar konyukturasına uyğun olaraq tənzimlənir”.
SEYMUR
İnternet televiziyaları “Azerspace” peyki vasitəsilə yayımlanmaq üçün təkliflər verib

Baxış sayı: 1833
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib